Reign in Blood

Reign in Blood — 7 oktyabr 1986-cı ildə Def Jam Recordings tərəfindən yayımlanan Amerika treş-metal qrupu Slayer-in üçüncü studiya albomu.[1] Albom qrupun səsinin formalaşmasına kömək edən prodüser Rik Rubin ilə Slayer-in ilk əməkdaşlığı idi. Albomun buraxılışı Yosef Menqeleni və onun Auşvitz həbs düşərgəsində insanlar üzərində etdiyi təcrübələri və hərəkətləri izah edən "Angel of Death" adlı albomun açılış mahnısı ilə əlaqədar narahatlıqlar səbəbilə təxirə salınmışdı.[2] Bununla belə, qrupun üzvləri dəfələrlə nasizmi qəbul etmədiklərini və sadəcə mövzu ilə maraqlandıqlarını bildirmişdirlər.[3]

Reign in Blood
Növüstudiya albomu
Yayımlanma tarixi7 oktyabr 1986
Yazılma tarixiiyun–iyul 1986
JanrTreş-metal
Müddət28:58
Dilingilis dili
Leybl
  • Def Jam
  • Geffen
Prodüser
  • Rik Rubin
  • Slayer
Slayer albomlarının xronologiyası
"Hell Awaits"
(1985)
"Reign in Blood"
(1986)
"South of Heaven"
(1988)

"Reign in Blood" həm tənqidçilər, həm də pərəstişkarlar tərəfindən yaxşı qarşılanmış və Slayer-i populyar metal izləyicilərinin diqqətinə çatdırmaq məsuliyyətini daşımışdı. Albom Anthrax-ın "Among the Living", Megadeth-in "Peace Sells… but Who's Buying?"Metallica-nın "Master of Puppets" albomları ilə birgə 1980-ci illərinn ortalarında yenicə ortaya çıxan ABŞ treş-metalının formalaşmasına yardım etmiş və həmin vaxtdan indiyə qədər öz təsirini saxlamışdır. Slayer-in ABŞ-nin "Billboard 200" hit-paradına daxil olan ilk işi olan bu albom orada 94-cü pillədə qərarlaşmış və 20 noyabr 1992-ci ildə qızıl sertifikata layiq görülmüşdü. Albom 2013-cü ildə "NME" jurnalının tərtib etdiyi "Tarixin ən yaxşı 500 musiqi albomu" siyahısında 287-ci yerdə olmuşdur.[4]

Mahnı siyahısı

BaşlıqSözMusiqiBaşlığın tərcüməsi Müddət
1. Angel of Death Ceff HannemanHanneman"Ölüm mələyi" 4:51
2. Piece by Piece Kerri KinqKinq"Parça-parça" 2:02
3. Necrophobic Hanneman, KinqHanneman, Kinq"Ölümdən qorxan" 1:40
4. Altar of Sacrifice KinqHanneman"Qurbangah" 2:50
5. Jesus Saves KinqHanneman, Kinq"İsa xilas edir" 2:54
6. Criminally Insane Hanneman, KinqHanneman, Kinq"Cinayətkarcasına dəngəsər" 2:23
7. Reborn KinqHanneman"Yenidən doğulmuş" 2:11
8. Epidemic KinqHanneman, Kinq"Epidemiya" 2:23
9. Postmortem HannemanHanneman"Ölümdən sonra" 3:28
10. Raining Blood Hanneman, KinqHanneman"Qan yağışı" 4:14

1998 re-issue bonus tracks

BaşlıqSözMusiqiBaşlığın tərcüməsi Müddət
11. Aggressive Perfector[I] Hanneman, KinqHanneman, Kinq"Aqressiv mükəmməlləşdirici" 2:30
12. Criminally Insane (Remix) Hanneman, KinqHanneman, Kinq  3:17
^

"Aggressive Perfector" kompozisiyası Haunting the Chapel mini-albomuna daxil edilmiş versiya ilə müqayisədə daha qısa olmaqla yanaşı, daha təmiz səslənməyə malik idi. Albomun yenidən yayımlanmış versiyasında bəzi əvvəlki CD-lərdəki "Postmortem" mahnısının yüksək templi hissəsindən "Raining Blood" mahnısına keçidi zamanı yaranan problem aradan qaldırılmışdır.[5]

Albom üzərində işləyənlər

İstinadlar