Robert Elliot Kan

Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[1][2][…], Nyu-York, Nyu-York ştatı[4]) —ABŞ elektrik mühəndisiVint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir.

Robert Elliot Kan
Doğum tarixi23 dekabr 1938(1938-12-23)[1][2][…] (85 yaş)
Doğum yeri
Elm sahəsiinformatika
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları
  • Marconi Prize (1994)
  • National Medal of Tech (1997)
  • National Medal of Technology and Innovation (1997)
  • IEEE Alexander Graham Bell Medal (1997)
  • Charles Stark Draper Prize (2001)
  • Prince of Asturias Award (2002)
  • Turing Award (2004)
  • Presidential Medal of Freedom (2005)
  • Computer History Museum Fellow (2006)
  • Japan Prize (2008)
  • Harold Pender Award (2010)
  • Queen Elizabeth Prize for Engineering (2013)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır.[5]

Həyatı

Robert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır.[6][7][8][9][10] Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır.[11][12] O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.[13] Daha sonra müxtəlif kompüter şəbəkələrini birləşdirmək üçün TCP/IP protokollarını inkişaf etdirməyə kömək etmişdir. IPTO-nun direktoru olduqdan sonra Birləşmiş Ştatlar hökumətinin milyard dollarlıq kompüter tədqiqatı və inkişafı proqramı olan Strateji Hesablama Təşəbbüsünə başlamışdır.[14]

On üç ildən sonra 1986-cı ildə DARPA-dan ayrılmış və Milli Tədqiqat Təşəbbüsləri Korporasiyasını (CNRI) yaratmışdır. O, hələ də təşkilatın sədri, baş direktoru və prezidenti olaraq qalır.[15]

Mükafatları

Müasir internetin texniki əsasını yaradan Kan və Serfin 1970-ci illərdəki işi çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdür:

  • "Harri Hud" memorial mükafatı (1986)
  • EFF Pioneer Award (1992)
  • SIGCOMM Award (1993)
  • Markoni mükafatı (1994)
  • Kompüter pioneri (1996)
  • "ABŞ Milli Texnologiya və İnnovasiya" medalı (1997)
  • "Aleksandr Qreyam Bell" qızıl medalı (1997)
  • Çarlz Stark Draper mükafatı (2001)
  • Texniki və Elmi Tədqiqatlar üzrə Asturiya Şahzadəsi mükafatı (2002)
  • "Türinq" mükafatı (2004)
  • "Prezident Azadlıq" medalı (2005)
  • C&C Prize (2005)
  • "Yaponiya" mükafatı (2008)[16]
  • "Harold Pender" mükafatı (2010)
  • İnternet Şöhrət Zalı (2012)
  • Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin fəxri elmlər doktoru (2012).[17]
  • "Mühəndislik üzrə Kraliça II Yelizaveta" mükafatı (2013)
  • "Bencamin Franklin" medalı (2018)

Fəxri dərəcələri

Robert Elliot Kan Prinston Universiteti, Pavia Universiteti, ETH Sürix, Merilend Universiteti, Corc Meyson Universiteti, Mərkəzi Florida UniversitetiPiza Universitetindən fəxri dərəcələr və London Universitet Kollecinin fəxri təqaüdünü almışdır.

2012-ci ildə Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.[18]

Məqalələr

Həmçinin bax

İstinadlar

Xarici keçidlər