Roman Ratuşnı

Roman Ratuşnı (ukr. Рома́н Тара́сович Ра́тушний; 5 iyul 1997[1], Kiyev9 iyun 2022[2], İzyum rayonu[d], Xarkov vilayəti) — Ukrayna ictimai xadimi, jurnalist, hərbi könüllü. Avromaydan və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı.

Roman Ratuşnı
ukr. Роман Тарасович Ратушний
Şəxsi məlumatlar
Doğum tarixi5 iyul 1997(1997-07-05)[1]
Doğum yeri
Vəfat tarixi9 iyun 2022(2022-06-09)[2] (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbidöyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri"Cəsarət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Roman Ratuşnı 5 iyul 1997-ci ildə Kiyevdə Taras Ratuşnı ("Köhnə Kiyevi xilas et" hərəkatının fəalı) və yazıçı Svetlana Povalyayevanın ailəsində anadan olub[3]. 2012-ci ildə Maliyyə və Hüquq Kollecinə daxil olmuş, burada ali hüquq təhsili almışdır[4].

2013-cü ilin sonunda Roman 30 noyabr gecəsi Berkut hücumundan əziyyət çəkən digər tələbələrlə birlikdə Avromaydanda iştirak edir[5][6][7].

2018-ci ildə "Protasov Yarı müdafiə et" təşəbbüsünə, 2019-cu ildə isə eyniadlı ictimai təşkilata rəhbərlik edib. Təşəbbüs Kiyevin mərkəzindəki Protasov Yarda yaşıl zonanın qorunması və Daytona Group MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan inkişafın qarşısını almaq məqsədi daşıyır. Yerli sakinlərlə inşaatçı arasında münaqişə 2019-cu ilin may ayının əvvəlində, inşaatçı hasar çəkərək yerli ictimaiyyətə yamacda üç 40 mərtəbəli bina tikməyi planlaşdırdığını elan edəndə daha da artır. Daha sonra Dövlət Memarlıq və Tikinti Müfəttişliyi müəssisənin yaşıllıq zonasında tikintini davam etdirməsini qadağan edən əmr verir və 27 iyun 2020-ci il tarixində Kiyev Şəhər Şurası Protasov Yardakı 3,15 hektar torpaq sahəsinə yaşıllıqların statusunu qaytarır[8].

Roman həbsdə olan odessalı fəal Sergey Sternenkoya dəstək aksiyalarının iştirakçısı olub. Sergeyin ad günü ilə bağlı növbəti aksiyadan sonra, 2021-ci il martın 20-də Ratuşnı, Peçerski Rayon Məhkəməsinin 29 mart tarixli qərarı ilə gecə-gündüz ev dustaqlığına göndərilir. O, xuliqanlıqda şübhəli bilinirdi. Prokurorluğun sübutu, Ratuşnının şahidlər tərəfindən tanındığı iddia edilən bir fotoşəkil idi. Foto qara fondadır və üzərində ağ nöqtələr var. Sosial şəbəkələrdə bu iş artıq rəssamın ən məşhur "Qara kvadrat"[9] tablosuna istinad edərək "Kazimir Maleviç işi" adlandırılmışdır.

Rusiyanın Ukraynaya təcavüzü

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Roman Ratuşnı Ukrayna Müdafiə Qüvvələrinin sıralarında könüllü olur, Protasovoy Yar bölməsini qurur. Əvvəlcə Kiyevin müdafiəsində iştirak etmiş, sonra isə Sumı vilayətində fəaliyyət göstərmiş, rayonun yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak etmişdir.

Aprelin əvvəlindən Ratuşnı Xarkov vilayətində, xüsusən İzyum rayonunda Silahlı Qüvvələrin "Soyuq Yar" 93-cü ayrı mexanikləşdirilmiş briqadasının 2-ci motoatıcı batalyonunun kəşfiyyat taqımında döyüşür[10].

9 iyun 2022-ci ildə Roman İzyum yaxınlığındakı rus qoşunlarının artilleriya atəşi nəticəsində ölür[11][12].

13 sentyabr 2022-ci ildə ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edilmişdir.

Mükafatlar

III dərəcəli "İgidliyə görə" ordeni (2022, ölümündən sonra) — Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və fədakar hərəkətlərə, hərbi anda sədaqətinə görə.

İstinadlar