Roy Orbison

Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır.

Roy Kelton Orbison
ing. Roy Kelton Orbison
Ümumi məlumatlar
Doğum adıRoy Kelton Orbison
LəqəbləriBöyük O (The Big O)
Rokun Karuzosu (The Caruso of Rock)
Doğum tarixi
Doğum yeriVernon, Texas, ABŞ
Vəfat tarixi (52 yaşında)
Vəfat yeriHendersonvill, Tennessi, ABŞ
Vəfat səbəbiürək tutması
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Vətəndaşlığı
Uşaqları5
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, musiqiçi, gitaraçı, bəstəkar, mahnı yazarı[d], müğənni-mahnı yazarı
Fəaliyyət illəri19541988
Janrlarrok-n-roll
rokabilli
kantri
Musiqi alətlərigitara
Albom şirkətləriSun, Monument, MGM, London, Mercury, Asylum, PolyGram, Virgin
Təhsili
  • Şimali Texas Universiteti[d]
Mükafatlarıəbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
royorbison.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960–1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom Petti və Ceff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır.

Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı.

Mükafatları

1987-ci ildə Orbison "Rok-n-roll Şərəf zalına" və "Naşvill bəstəkarların Şərəf zalına", 1989-cu ildə isə "Beynəlxalq bəstəkarlar assosiasiyasının Şərəf zalı"na qəbul edilmişdir. Rolling Stone jurnalının "Bütün dövrlərin ən yaxşı 50 ifaçısı siyahısı"nda 37-ci və 2008-ci ildə tərtib edilmiş "Bütün dövrlərin 100 ən yaxşı vokalistindən 20-si" siyahısında isə 13-cü yeri tutur.

2002-ci ildə "Billboard" jurnalı Orbisonun adını "600 ən çox yazılan artist" siyahısında 74-cü yerdə yerləşdirmişdi. 29 yanvar 2010-cu ildə Hollivuddakı Şöhrət yolunda Roy Orbisonun ulduzu qoyulmuşdur.

İlMükafatNailiyyət
1980"Qremmi" mükafatıEmili Harrislə duetdə ən yaxşı vokal kantri ifasına görə
1986"Qremmi" mükafatıƏn yaxşı danışıq albomuna və ya qeyri-musiqili alboma görə
1988"Qremmi" mükafatıKetrin Don Lanqla birlikdə ən yaxşı birgə vokal kantri ifasına görə
1989"Qremmi" mükafatıThe Traveling Wilburys qrupu ilə birlikdə ən yaxşı vokal rok ifasına görə
1990"Qremmi" mükafatıƏn yaxşı vokal ifası
1998"Grammy Lifetime Achievement Award" mükafatıMusiqi sənayesinin inkişafına verdiyi əvəzolunmaz töhfələrə görə

Diskoqrafiya

İlAlbomFirmaQeydÇartlarda ən yüksək yeriRIAA-nın ABŞ-da sertifikasiyası
ABŞ (Billboard 200)
[1]
Böyük Britaniya
[2]
Kanada
Norveç
[3]
İsveç
[4]
Avstraliya
[5]
Yeni Zelandiya
[6]
Nielsen SoundScan
1961Roy Orbison at the Rock HouseSun
1961Lonely and BlueMonument15
1962CryingMonument2117
1962Roy Orbison's Greatest HitsMonumentToplu13Qızıl albom
Gümüş albom [7]
1963In DreamsMonument356
1964More of Roy Orbison's Greatest HitsMonumentToplu19
1964Early OrbisonMonumentToplu101
1965There Is Only One Roy OrbisonMGM5510
1965OrbisongsMonument13640
1966The Orbison WayMonument12811
1966The Classic Roy OrbisonMGM12Qızıl albom
1966The Very Best of Roy OrbisonMonumentToplu94
1967Roy Orbison Sings Don GibsonMGM
1967Cry Softly Lonely OneMGM
1969Roy Orbison's Many MoodsMGM
1970Hank Williams the Roy Orbison WayMGM
1970The Big OLondon
1972Roy Orbison SingsMGMQızıl albom
1972MemphisMGM
1973MilestonesMGM
1976I'm Still in Love with YouMercury
1977All-Time Greatest HitsMonumentToplu39426Platin albom
1977RegenerationMonument
1979Laminar FlowAsylum
1985Class of '55PolyGramToplu15
1987In Dreams: The Greatest HitsVirginToplu95862Qızıl albom
Gümüş albom [7]
1988For the Lonely: 18 Greatest HitsRhinoToplu110
1989Mystery GirlVirginÖlümündən sonra5241117Platin albom
3x Platin albom
Platin albom [7]
Qızıl albom [8]
Qızıl albom [9]
1989The Legendary Roy OrbisonPolyGramToplu153Platin albom
2x Platin albom [7]
1989A Black & White Night LiveVirginKonsert1235163452814
1992King of HeartsVirginÖlümündən sonra17923692518
1995Super HitsEpicToplu54Qızıl albom
1996The Very Best of Roy OrbisonVirginToplu1861883322Gümüş albom [7]
199916 Biggest HitsMonumentTopluQızıl albom
200020 Golden HitsTeeVeeToplu69
2001Love SongsVirginToplu48Qızıl albom [7]
2006The Essential Roy OrbisonMonumentToplu626539
2006The Very Best of Roy OrbisonVirginToplu33113

İstinadlar

Xarici keçidlər