Sarıyataq (Qubadlı)

SarıyataqAzərbaycan Respublikasının Qubadlı rayonunun Sarıyataq kənd inzibati ərazi dairəsində kənd.[1]

Sarıyataq
39°22′37″ şm. e. 46°39′32″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü533 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıyataq xəritədə
Sarıyataq
Sarıyataq

Etimologiyası

Kəndin əhalisi vaxtilə indiki ərazidən nisbətən qərbində, "Kalafaların quzeyi" adlanan dərədə yaşayırdı. Sonralar kəndin əhalisi Sanyataq dağının ətəyinə köçmüş, kənd isə həmin dağın adı ilə adlandınlmışdır.[2]

Tarixi

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sanyataq kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Sanyataq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[4]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası

Sarıyataq kəndi Həkəri çayının sahilində, dağlıq ərazidədir.[2]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[6] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 59 evdə 272 şiə kürd yaşayırdı.[7]

İstinadlar

Xarici keçidlər