Semantik veb

Semantik veb və ya Veb 3.0Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar[1] vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir.

Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF)[2] və Veb Ontologiya Dili (ing. Web Ontology Language)[3] kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir.[4]

Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir."[5] Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.

Termin Tim Berners-Li tərəfindən istifadə edilib. Maşınlar tərəfindən emal oluna bilən məlumat şəbəkəsi[6][7], yəni mənasının çoxunun maşın tərəfindən oxuna biləcəyi bir şəbəkə üçün istifadə edilmişdir. Tənqidçiləri onun məqsədəuyğunluğundan şübhələnsələr də, tərəfdarları iddia edirlər ki, kitabxana və informasiya elmləri, sənaye, biologiya və insan elmləri sahəsindəki tətbiqlər artıq bu konsepsiyanın orijinallığının etibarlılığını sübut edib.[8]

Berners-Li ilk olaraq 1999-cu ildə Semantik veb haqqında fikirlərini bu cür ifadə etdi:

İnternetdəki [kompüterdəki] bütün məlumatları — məzmunu, əlaqələri və insanlar ilə kompüterlər arasındakı əməliyyatları təhlil edə bilmək xəyalım var. Bunu mümkün edən "Semantik veb" hələ ortaya çıxmayıb, lakin bu yarandıqda, ticarətin, bürokratiyanın və gündəlik həyatımızın gündəlik mexanizmləri maşınlarla danışan maşınlar tərəfindən idarə olunacaq. İnsanların əsrlər boyu təriflədiyi "ağıllı agentlər" nəhayət reallaşacaq.[9]

Berners-Li, Hendler və Lassila tərəfindən 2001-ci ildə Scientific American məqaləsində mövcud internetin Semantik vebə çevrilməsinin gözlənilən bir təkamül olduğu təsvir edilmişdir.[10] 2006-cı ildə Berners-Li və həmkarları bildirdilər ki: "Bu sadə ideya… böyük ölçüdə həyata keçirilməmiş qalır".[11] 2013-cü ildə təxminən ümumilikdə 250 milyondan 4 milyonundan çoxunda Veb domenində Semantik veb işarələməsi var idi.[12]

Həmçinin bax

  • Veb 2.0
  • AGRIS
  • Biznes semantikasının idarə edilməsi
  • Hesablama semantikası
  • Calais (Reuters məhsulu)
  • DBpedia
  • Müəssisə-atribut-dəyər modeli
  • AB Açıq Məlumat Portalı
  • Hiperməlumatlar
  • Əşyaların interneti
  • Əlaqədar data
  • İnkişaf etməkdə olan texnologiyaların siyahısı
  • Nextbio
  • Ontoloji uyğunlaşma
  • Ontologiya öyrənmə
  • RDF and OWL
  • Semantik hesablama
  • Semantik Geoməkan Veb
  • Semantik heterojenlik
  • Semantik inteqrasiya
  • Semantik uyğunluq
  • Semantik MediaWiki
  • Semantik Sensor Veb
  • Semantik sosial şəbəkə
  • Semantik texnologiya
  • Semantik Veb
  • Semantik bir-biri ilə əlaqəli onlayn icmalar
  • Smart-M3
  • Sosial Semantik Veb
  • Veb mühəndisliyi
  • Veb resurs
  • Veb elmi

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

w3.org/standards/ — Semantik veb rəsmi saytı