Əşyaların interneti

Əşyaların interneti (İoT) — fiziki cihazların, maşınların, məişət cizahlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış elektronikalar, proqram təminatları, senorlar və qəbul edicələrlə bu əşyaların biri — birinə bağlanması və verilənləri ötürməsidir.[1][2][3][4] Əşyaların birbaşa kompüter sistemlərinə çıxışı effektivliyin artmasına, yeni iqtisadi üstünlüklərin yaranmasına və insan əməyinə qənaətə gətirib çıxarır.[5][6][7][8]

Əşyaların internetini nümayiş etdirən rəsm əsəri

Əşyaların İnterneti cihazlarının sayı 2017-ci ildə 31% artaraq 8.4 milyarda çatmış[9] və 2020-ci ildə bu sayın 30 milyarda çatacağı gözlənilir.[10] Əşyaların İnternetinin bazar dəyəri 2020-ci ildə 7.1 trilyon dollara çatacağı proqrnozlaşdırılır.[11]

Əşyaların İnterneti standart internetə çıxışı olan cihazlardan, belə ki, kompüter, notbuk, smart telefonlar və tabletlərdən əlavə digər ənənəvi "ağıllı olmayan" əşyaların və ya gündəlik əşyaların internetə çıxışını əhatə edir. Bu əşyaların içərisinə yerləşdirilmiş yeni texnologiyalar nəticəsində artıq onlar da internet üzərindən bir-birinə qarşılıqlı təsir edə bilər, o cümlədən bu əşyalar uzaqdan idarə edilə və ya monitor edilə bilər. 

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər