Sikorski UH-60

Sikorski UH-60 və ya Blək Hauk (ing. Black Hawk - Qara qırğı) — çoxfunksiyalı ABŞ vertolyotu. ABŞ ordusunda Bell UH-1 vertolyotunu əvəz edib.

Sikorski UH-60
UH-60 Black Hawk
Tipiçoxməqsədli helikopter
HazırlayanSikorsky Aircraft Company
İstehsalçıABŞ Sikorsky Aircraft
İlk uçuş17 oktyabr 1974
İstismara verilmə tarixi1979
İstismarçılarABŞ Ordusu
Türkiyə Silahlı Qüvvələri, İsrail Silahlı Qüvvələri, Yaponiya Silahlı Qüvvələri
İstehsal ili1974-günümüzə
Buraxılış sayıtəqribən 4,000[1]
Vahidinin qiyməti21.3 milyon ABŞ dolları[2]
Baza modeliSikorski S-70
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlavə pilonların quraşdırılması ilə Tank əleyhinə idarəolunan raket (TƏİR) AGM-114 Hellfire-lərlə, uzaq məsafəli uçuşlar üçün əlavə yanacaq çəni ilə təchiz olunmuşdur. Eləcə də yük kəsiminin qabaq hissəsində M240M134 pulemyotu quraşdırılmışdır.

UH-60 təcrübə modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanıb, 1976-cı ildə vertolyot ABŞ ordusunun təchizatı müsabiqəsində qalib gəlib. İlk seriyalı istehsal variantı olan UH-60A 1979-cu ildə ABŞ Ordusunun silahlanmasına daxil edilmişdir. Bunun ardınca helikopterin radioelektron mübarizə və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş variantları istehsal olunmuşdur. UH-60 ailəsindən olan helikopterlər ABŞ Ordusundan sonra bir neçə başqa dövlətin də silahlı qüvvələrində silahlanmaya daxil olunmuşdur. "Qara qırğı"lar Qrenada, Panama, İraq, Somali, Balkan yarımadası, ƏfqanıstanYaxın Şərqdə baş vermiş bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.

Əməliyyat tarixi

"Blək hauk" helikopteri

Avstraliya

2016-cı ilə olan məlumata əsasən Avstraliya Silahlı Qüvvələrinin silahlanmasında təqribən 36 ədəd UH-60 helikopteri var. Bunların əksər hissəsi Şərqi TimorSolomon adalarında dislokasiya olunub.[3]

Avstraliya Ordusina aid

Braziliya

Braziliya HHQ-nə məxsus UH-60L

1997-ci ildə ilk dörd UH-60L modifikasiyalı helikopter sülhməramlı əməliyyatlarda istifadə etmək məqsədilə Braziliya Ordusuna təhvil verilmişdir. 2008-ci ildə xüsusi təyinatlı, axtarış və xilasetmə əməliyyatlarda istifadə olunması məqsədilə növbəti altı ədəd UH-60L helikopteri satın alınmışdır. 2009-cu ildə əlavə isə əlavə 10 ədəd UH-60L sifariş olunmuşdur ki, bunların çatdırılmasına 2011-ci ilin mart ayından etibarən başlanmışdır.[4]

Çin Xalq Respublikası

1983-cü ilin dekabr ayında Eurocopter AS332 Super Puma, Bell 214ST və Sikorski S-70A-5 helikopterlərinin nümunələri ərazisinin əksər hissəsi yüksək dağlıq relyefdən ibarət olan Lhasada sınaqdan keçirilmişdir. Bu sınaq yoxlamalarından sonra Çin Xalq Azadlıq Ordusu üçün daha güclü mühərriklə təchiz olunmuş 24 ədəd S-70C-2 variantı helikopter sifariş olunmuşdur.

Tayvan (Çin Respublikası)

UH-60 ailəsindən olan helikopterlərin Tayvana çatdırılmasına 1986-cı ildən etibarən başlanmışdır. Son olaraq, 2010-cu ilin yanvar ayında 60 ədəd UH-60M modifikasiyalı helikopterlər ABŞ tərəfindən Tayvan Ordusuna təhvil verilmişdir.[5]

Kolumbiya

İlk dəfə 1987-ci ildə ABŞ-dən UH-60 helikopteri satın alınmışdır. Hazırda axtarış və xilasetmə, tibbi təxliyə və xüsusi əməliyyatlar zamanı Kolumbiya Milli Polisi, Hərbi Hava Qüvvələri və Quru Qoşunları tərəfindən istifadə olunur.

2017-ci ilin mart ayında Kolumbiya Milli Polisi tərəfindən əlavə 10 ədəd UH-60 helikopteri sifariş olunmuşdur ki, bununla da bu qurumun silahlanmasında olan helikopterlərin sayı 19-a çatmışdır.[6]

İsrail

İsrail HHQ-nə məxsus UH-60 Yanşuf

1994-cü ilin avqust ayında 10 ədəd UH-60A modifikasiyalı helikopter ABŞ tərəfindən İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilmişdir. İlk dəfə 1996-cı ildə Livanın cənubunda Hizbullaha qarşı döyüş əməliyyatı zamanı istifadə olunmuşdur.[7]

Meksika

1991-ci ildə silahlanmaya qəbul olunmuşdur.[8] 2014-cü ilin sentyabr ayında 18 ədəd UH-60 helikopterinin satın alınması ilə əlaqədar ABŞ-nin "Sikorski" şirkəti ilə 203.6 milyon ABŞ dolları dəyərində müqavilə imzalanmışdır.[9]

Slovakiya

İlk dəfə 2017-ci ilin iyul ayında 2 ədəd UH-60M silahlanmaya qəbul olunmuşdur. 2019-cu ilin sonuna qədər ümumilikdə 9 ədəd UH-60M-in silahlı qüvvələrə təhvil veriləcəyi gözlənilir.[10][11]

Taktiki-texniki xüsusiyyətləri (UH-60L)

Ümumi parametrlər

  • Ekipaj: 2 pilot (uçuş heyəti) və 2 ekipaj rəhbəri
  • Tutumu: 11 nəfər və ya 4,100 kq yük
  • Uzunluğu: 19.76 m
  • Rotor diametri: 16.36 m
  • Hündürlüyü: 5.13 m
  • Boş çəki: 4,819 kq
  • Maksimal qalxma ağırlığı: 10,660 kq
  • Güc təminatçısı: 2 × General Electric T700-GE-701C mühərrik (hər biri 1,890 at gücü)

Uçuş keyfiyyətləri

  • Maksimum sürət: 294 km/s
  • Döyüş radiusu: 592 km
  • Uçuş məsafəsi: 2,220 km
  • Uçuş tavanı: 5,790 m
  • Yüksəkliyə qalxma sürəti: 4.5 m/s
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.192

Həmçinin bax

İstinadlar

Xarici keçidlər