Panama

Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir.

Panama
República de Panamá
BayraqGerb[d]
BayraqGerb[d]
Pro Mundi Beneficio (latın "sülh naminə")
Himn: Himno Istmeño
Tarixi
 • Kolumbiyadan ayrıldı3 noyabr 1903
Rəsmi dilləri
PaytaxtPanama
İdarəetmə formasıPrezident Respublikası
PrezidentXuan Karlos Varela
Vitse-prezidentİsabel Sen Malo de Alvarado
SahəsiDünyada 116-cı
 • Ümumi78200 km²
 • Su sahəsi (%)2,9
Əhalisi
 • Əhali3 689 293[1] nəfər (132-ci)
 • Siyahıyaalma (2013)3 661 868[2] nəf.
 • Sıxlıq44,5 nəf./km²
ÜDM (AQP)
 • Ümumi29,799[3] dollar (90-cı)
 • Adambaşına13416 dollar
İİİ (2013)0.765
ValyutaABŞ dolları
İnternet domeni.pa
ISO koduPA
BOK koduPAN
Telefon kodu+507
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Panama

Əsas məlumatlar

Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir.

  • Dövlət quruluşu - Demokratik Respublika.
  • Dövlət və hakimiyyət başçısı - Prezident.
  • Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər.
  • Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan. Əsasən Amerika dolları istifadə olunur. 2010-cu ildə 1,7 milyon turist Panamanı ziyarət edib. Bu 2009-la müqaisədə 12% çoxdur.
  • Əhali sayı-3 700 min( 2015-ci il, təxmini);sıxlıqı-47 adam/km².
  • Etnik tərkib: Metis (Mestizo) -70%, qara dərili, mulat, sambo-14%, ağ dərili-10%, hindu-6%.
  • Doğum-20,18 ‰(dünyada 96-ci yer, ölüm 4,66 ‰ (dünyada 196-cı yer).
  • Əhalinin dili- İspan dili(rəsmi dil), İngilis(14%),fransız(18%).Panamalıların çoxu bir neçə dil bilir.
  • Dini: Katolik 85%, Protestant 15%.
  • Paytaxtı- Panama-siti şəhəri- 1 638 min sakin.

Coğrafiyası

  • Coğrafi koordinatları-9 00 N, 80 00 W
  • İqlimi-dəniz tropik,yüksək nəmlilik. May ayından yanvar ayına qədər-yağış mövsümü, yanvar ayından may ayına qədər -quraqlıq mövsümüdür. Ən yüksək nöqtəsi Baru vulkanı(volcan Baru) (3475 м)dır. Təbii sərvətləri Bal,dəniz məhsullarıdır. Panama ərazisində tez-tez uraqan və meşə yanğınları baş verir. Çayların kənd təsərüffatı tullantıları ilə çirklənməsi balıq resurslarına zərər törədir.

Tarixi

İndiki Panama ərazisi azsaylı hindu qəbilələri Kuna, Çoko, Quayaminin yerləşdiyi ərazidir. Cənubunda Kokle mədəniyyəti yaranmışdır. Dəmir alətlər və keramit istehsal edirdilər. Panamalıların Avropa ilə ilk tanışlığı 1501-ci ilə təsadüf edir. Bu ispan Radriqo de Batistasın vasitəsilə olmuşdur. 1502-ci ildə Xristofor Kolumb "yeni dünya"ya 4-cü səyahəti vaxtı Panamanın şərq sahillərini tədqiq etmişdir. Mingünlük müharibədən sonra müstəqil respublika elan edilmişdir.

İstinadlar