Soçil Qomes

Soçil Qomes (ing. Xochitl Gomez; 29 aprel 2006[5][6], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.[7][8][9]

Soçil Qomes
ing. Xochitl Gomez
Doğum tarixi29 aprel 2006(2006-04-29)[1][2] (18 yaş)
Doğum yeriLos-Anceles, Kaliforniya, ABŞ[3]
Vətəndaşlığı
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri2010-cu ildən
IMDbID7961780
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur.[10][11][12] Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir.

Karyerası

Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı.[13] "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır.[13] Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı.[14] Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı.[15][16]

Şəxsi həyatı

Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.[17][18]

Filmoqrafiya

Film

İlAzərbaycan dilində adıOrijinal adıRolQeyd
2019Kölgə canavarlarıShadow WolvesÇaki
2021Sinə təriBoob SweatFrensisQısa film
2022Doktor Strenc: Dəliliklərin multikainatındaDoctor Strange in the Multiverse of MadnessAmerika Çaves

Televiziya

İlAzərbaycan dilində adıOrijinal adıRolQeyd
2018Reyvenin eviRaven's Homeməktəb jurnalistiEpizodlar: "Qaliblər və məğlublar", "Reyvenin evi: Remiks"
2019Sən pisliyin təcəssümüsənYou're the WorstuşaqEpizod: "Yaradılışın sütunları"
2020GenetikalaşmışGentefiedgənc AnaEpizod: "Qəhvəyi sevgi"
Dayələr klubuThe Baby-Sitters ClubDon ŞaferBaş rol (1-ci mövsüm), 7 seriya

Mükafatlar və namizədliklər

İlMükafatKateqoriyaİşNəticəİst.
2020Cavan Aktyor MükafatıCavan aktyor tərəfindən ən yaxşı köməkçi rolKölgə canavarlarıQazandı[14]

İstinadlar

Xarici keçidlər