Qadın marşları (2017)

Qadın marşları[1] (ing. Women's Marches; Women's March on Washington[2][3]) - 2017-ci ilin 21 yanvar tarixində dünyanın müxtəlif şəhərlərində qadınlar tərəfindən başladılmış etiraz hərəkatları. Qadın etirazları özündə sosial ədalətsizlik, qadın hüquqları, irqçiliyin normallaşdırılmasına qarşı mübarizə, tibb islahlatları və LGBT hüquqları kimi müxtəlif sahələri birləşdirir. Etirazlar Donald Trampın ABŞ-nin 45-ci prezidenti kimi and içməsindən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində başlanıb. Donald Tramp seçki kompaniyası ərzindəki çıxışların bir necəsində qadınlar və qadın hüquqları ilə bağlı sərt fikirlər bildirməsi ilə yadda qalıb.[4] 2017-ci il qadın etirazları ABŞ tarixində bir gün ərzində ən çox insan izdihamı ilə müşahidə olunmuş etiraz kimi tarixə keçib.[5]

Vaşinqton şəhərində təşkil olunmuş etiraz mitinqləri.

İlk etiraz nümayişi paytaxt Vaşinqton şəhərində planlaşdırılıb və Vaşinqtonda qadın etirazları kimi təqdim edilib.[6] Vaşinqtonda baş tutan etirazlar facebook, youtubetvitter kimi saytlarda canlı yayımlanmışdır.[7] Təkcə Vaşinqton şəhərindəki mitinqdə yarım milyona yaxın adam iştirak edib. Dünya üzərində baş tutan dəstək mitinqlərindəki iştirakçı sayı isə 4.8 milyona yaxındır.[8] Vaşinqton mitinqlərinə dəstək məqsədi ilə hazırlanmış womensmarch.com saytında mitinqlərlə bağlı müxtəlif məlumatlar toplanmışdır.[9][10][11] Amerika Birləşmiş Ştatları ərazisində daha 408 etiraz mitinqinin təşkil olunması planlaşdırılır və 168 mitinq dünyanın 81 ölkəsində təşkil ediləcək.[12][13]

ABŞ-də başlayan qadın etirazları qısa zamanda dünyanın müxtəlif ölkələrinədə yayılmışdır. ABŞ-dən başqa müxtəlif şəhərlərdə 673 etiraz mitinqinin təşkil olunduğu bildirilir. Kanadada 29, Meksikada isə 20 mitinq təşkil edilib. Qadın etirazları 1955 - 1975-ci illərdə baş vermiş Vyetnam müharibəsinə qarşı etirazlardan sonra ABŞ tarixində ən kütləvi nə izdihamlı nümayiş hesab olunr. Hər iki etirazlarda təqribən eyni sayda adam iştirak edib.[14][15] Nyu-York şəhərində baş tutan etirazlarda iki milyona yaxın insan iştirak edib və saxlanılan olmayıb.[16]

İstinadlar