Suriyanın şimalının Türkiyə tərəfindən işğalı

Suriyanın şimalının Türkiyə tərəfindən işğalıSuriya vətəndaş müharibəsi zamanı Suriyanın şimalındakı ərazilərin Türkiyə Silahlı Qüvvələri və onun müttəfiqi Suriya Milli Ordusu tərəfindən işğal edilməsi. Bu proses 2016-cı ilin avqustundan başlamışdır.[5][6] Bu ərazilər nominal olaraq Suriya müxalifəti ilə əlaqəli bir hökuməti tanısalar da, praktikada mərkəzləşdirilməmiş yerli şuraların və Türkiyənin hərbi administrasiyasının ikili səlahiyyəti altında ayrıca kvazidövlət təşkil edirlər.[7]

Suriyanın şimalının Türkiyə tərəfindən işğalı
Bayraq
Bayraq
  Fərat Qalxanı əməliyyatı (2016) sahəsi   Zeytun budağı əməliyyatı (2018) sahəsi   Sülh Bulağı əməliyyatı (2019) sahəsi   Fərat Qalxanı əməliyyatı (2016) sahəsi   Zeytun budağı əməliyyatı (2018) sahəsi   Sülh Bulağı əməliyyatı (2019) sahəsi
  Sülh Bulağı əməliyyatı (2019) sahəsi
  Sülh Bulağı əməliyyatı (2019) sahəsi
Tarixi
 • Birinci müdaxilə24 avqust 2016
 • İkinci müdaxilə20 yanvar 2018
 • Üçüncü müdaxilə9 oktyabr 2019
PaytaxtƏzaz[1]
İdarəetmə formasıMüvəqqəti hökumət
PrezidentSəlim Məslət
Baş nazirƏbdürrəhman Mustafa
Müdafiə naziriSəlim İris
Sahəsi
 • Ümumi8835[2][3][4] km²

Suriyanın Türkiyənin nəzarətində olan əraziləri əl-Bab, Əzaz, Cərablus, Racu, Təl-ƏbyəzRəsulayn kimi şəhərlər də daxil olmaqla 1,000-dən çox yaşayış məntəqəsindən ibarət 8,835 kvadrat kilometr ərazini əhatə edir. Bu yaşayış məntəqələrinin əksəriyyəti Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınan İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrindən (SDQ) ələ keçirilmişdir. Buna baxmayaraq, bəzi şəhərlər, o cümlədən Əzaz Türkiyənin müdaxiləsindən əvvəl Suriya müxalifətinin nəzarəti altında idi. Suriya Müvəqqəti Hökuməti Türkiyənin nəzarətində olan ərazilərə köçmüşdür. Hökumət burada qismən səlahiyyətlərini genişləndirməyə başlamış, Suriya vətəndaşlarına sənədlərin verilməsi ilə məşğul olmuşdur. Bu ərazilər Türkiyə rəsmiləri tərəfindən "təhlükəsiz zonalar" adlandırılır.[8] İşğalın bəzi ərazilərdə insan haqlarının pozulmasına, o cümlədən etnik təmizləməyə səbəb olduğu iddia edilir.[9][10][11][12]

Əhalisi

Şimali Suriya, o cümlədən Türkiyənin nəzarətində olan ərazilər tarixən etnik cəhətdən çox qarışıq olmuşdur. Burada əsasən ərəblər, kürdlər, türkmənlər, yezidilərçərkəzlər yaşayır.[13][14] 2020-ci ildən etibarən türklərin nəzarətində olan ərazilərdə ərəblər çoxluq təşkil edirdi.[15] Türkiyə işğalından əvvəl əl-Bab regionunda ərəblər, Afrin bölgəsində isə kürdlər çoxluq təşkil edirdi.[15][16][17] Təll-Əbyəzdə daha çox ərəblər yaşayırdı,[18] Rəsulaynda isə kürdlərin üstünlük təşkil edirdi.[19] Bununla belə, bütün bu ərazilər vətəndaş müharibəsi səbəbindən qaçqınların yerdəyişməsi və əhalinin hərəkətindən güclü şəkildə təsirlənmişdir.[20][21] Türkiyənin müdaxiləsindən sonra çoxlu sayda suriyalı qaçqın könüllü və ya iradələrindən kənar olaraq bu ərazilərə köçmüşdür.[15][21]

Etnik təmizləmə

Türkiyənin rəhbərlik etdiyi qüvvələr 2018-ci ilin əvvəlində Əfrin kantonunu ələ keçirdikdən sonra əsasən ərəb döyüşçüləri[22] və Suriyanın cənubundan olan qaçqınları[23] regionda yerləşdirməyə başlanılmışdır. Onlar evlərindən didərgin düşmüş yerlilərin evlərində məskunlaşmışdır.[24] Əfrinin əksəriyyəti kürd və ya yezidi olan əvvəlki sakinlərinin evlərinə qayıtmasında maneələr təşkil edilmişdir.[22][23] Suriya Milli Ordusunun (SMO) bəzi kürd milisləri və Türkiyənin dəstəklədiyi mülki şuralar bu köçürmə siyasətlərinə qarşı çıxsalar da, əksər SMO bölmələri onları tam formada dəstək vermişdilər.[23] Dəməşqdən, Şərqi Qutadan olan bəzi qaçqınlar "mütəşəkkil demoqrafik dəyişikliyin" bir hissəsi olduqlarını söyləmiş, bu planda Əfrinin kürd əhalisini ərəblərlə əvəz edilməsinin nəzərdə tutulduğunu qeyd etmişdilər.[22] 2018-ci ilin mart ayına qədər Türkiyənin müdaxiləsi zamanı 200,000-dən çox insan Əfrin regionundan qaçqın düşmüş,[25] Türkiyənin müdaxiləsindən sonra isə Suriyanın digər bölgələrindən olan 458,000 nəfər Əfrinə yerləşdirilmişdir.[26]

Toponimik türkləşdirmə

Regionda Türkiyənin nəzarətinin qurulmasından sonra bir sıra küçə, meydan və kəndlərin adları dəyişdirilmişdir. Məsələn, Kastal Məkdad və Kutana kəndləri, həmçinin Rayi şəhərinin adı rəsmi olaraq Səlcuq obası, Zəfər obası və Çobanbəy olaraq dəyişdirilmişdir. Əfrində Saraya meydanı Ərdoğan meydanı adını daşıyır. Həm türkcə, həm də ərəbcə adın verildiyi lövhələrdə türkcə adlar daha böyük şriftlə vurğulanır.[27]

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat