Tənqidi düşüncə

Tənqidi düşüncə və ya tənqidi təfəkkürrasional, skeptikqərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrinarqumentlərin təhlili.[1] Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir.[2] Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir.[3] Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur.[4] Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizmsosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur.[5][6]

Tarixi

Qərbdə tənqidi mülahizə yunan filosofu Sokratın (e.ə. 470–399) təlimlərindən qaynaqlanır.

Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir. Düşündükdən sonra Platon belə nəticəyə gəlmişdir ki, həbsxanadan qaçmaq özündən böyük olduğuna inandığı hər şeyi – Afina qanunlarını və Sokratın eşitdiyini iddia etdiyi rəhbər səsini pozacaq.[7]

Sokrat avroritetin və nüfuzlu şəxslərin biliyə, nəticədə dərrakəyə malik olmalarının etibarsızlığını müəyyən etmişdir. Fərdi kişi və ya qadının yaşamağa dəyər olan yaxşı bir həyat sürməsi üçün həmin şəxs tənqidi suallar verməli və sorğu-sual ruhuna malik olmalıdır.[8] Onlar sübut axtarmalı və sonra mövcud faktları yaxından araşdırmalı, sonra təhlil edilən ifadənin nəticələrini izləməli, bununla da düşüncə və hərəkətin nəticələrini izləməlidirlər.[9]

Kooperativ arqumentasiyanın bir forması olaraq Sokratik sorğulama faktların müqayisəli mühakiməsini tələb edir. Nəticədə cavablar insanın irrasional düşüncəsini və yoxlanıla bilən biliyin olmadığını üzə çıxaracaq. Sokrat həmçinin nümayiş etdirmişdi ki, avtoritet dəqiq, yoxlanıla bilən biliyi təmin etmir. Beləliklə, Sokratik sorğulama dəlillərə və sağlam məntiqə əsaslanaraq inancları, fərziyyələri və ehtimalları təhlil edir.[10]

İntellektualizmin bir növü kimi tənqidi düşüncənin inkişafı[11] mövzunun tənqidini inkişaf etdirmək üçün rasionallığı tətbiq edən tənqidi təhlil vasitəsidir.[12]

Həmçinin bax

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər