Tərabülüs əş-Şam

Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام[1], q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristianələvilərdir.

Şəhər
Tərabülüs əş-Şam
ərəb. طرابلس الشام
34°26′00″ şm. e. 35°50′00″ ş. u.
Ölkə Livan
Regionəş-Şimal mühafəzəsi
BaşçıAməl əl-Rafi
Tarixi və coğrafiyası
Sahəsi41 km²
Mərkəzin hündürlüyü222 m
Saat qurşağıUTC+2
Əhalisi
Əhalisi850 000 nəfər (2014)
Dini tərkibiislam, rumi ortodoks xristianlıq
Rəsmi diliərəb dili
Digər
tripoli-lebanon.org
Xəritəni göstər/gizlə
Tərabülüs əş-Şam xəritədə
Tərabülüs əş-Şam
Tərabülüs əş-Şam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Tərabülüs əş-Şam xarabalıqları

Tripolis şəhərinin adı yunan dilindən gəlir.[Q 1][Q 2] Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi. 645-ci ildə Ərəblər tərəfindən işğal edilir. 1070-ci ildən 1109-cu ilə qədər Misirdə hakimiyyətdə olan Fatimilər xilafətinin vassallığında olan Banu-Əmmar ailəsi tərəfindən idarə edilirdi[2]. 1109-cu ildə Səlibçilər tərəfindən işğal edilir. 1289-cu ildə Məmlüklər tərəfindən fəth edilir. 1516-cı ildə I Sultan Səlimin Misir yürüşündə işğal edilir[3]. Osmanlıların tərkibində 1517-ci ildə Şam əyalətinin, 1534-cü ildə Hələb əyalətinin tərkibinə daxil edilir[4]. 1579-cu ildə isə Tərabülüs əş-Şam əyaləti təsis edilir.[5]

I Dünya Müharibəsi dövründə fransızlar tərəfindən ələ keçirildi. 1946-cı ildə isə Livanın tərkibinə daxil olur.

Qeydlər

İstinadlar

Xarici keçidlər