Tailand Demokratlar Partiyası

Tailand Demokratlar Partiyası (Tay dili: พรรคประชาธิปัตย์ไทย) Tailand siyasi partiyasıdır.[1] Tailandın ən qədim partiyası, kralçı partiya kimi qurulmuşdur; indi mühafizəkar[2][3] və bazar tərəfdarı mövqeyini qoruyur[4][5]

Demokratlar Partiyası 1948, 1976 və 1996-cı illərdə parlamentdə özünün ən yaxşı çıxışını etdi. O, heç vaxt parlamentdə çoxluq qazana bilməyib. Partiyanın seçkiyə dəstək bazaları Tailandın cənubu və Banqkokdur, baxmayaraq ki, Banqkokda seçkilərin nəticələri geniş şəkildə dəyişib. 2004-cü ildən bəri Demokrat namizədlər Banqkok qubernatorluğuna üç seçkidə qalib gəliblər. 2005-2019-cu illərdə Demokratlar Partiyasına keçmiş baş nazir Abhisit Vejjajiva rəhbərlik edib.

İstinadlar