Tavr dağları

Tavr dağları (türk. Toros dağları, yun. Ταύρος) — Cənubi Türkiyədə yerləşən dağ silsiləsi. Türkiyənən Aralıq dənizinin sahillərində Təkə yarımadasından Suriyaİraq sərhədlərinə qədər uzanan dağ sistemidir. Ən yüksək zirvəsi Qızılqaya zirvəsidir (3767 m)

Tavr dağları
Dəmirqazıq zirvəsi.
Dəmirqazıq zirvəsi.
Ümumi məlumatlar
Mütləq hündürlüyü3767 m
Uzunluğu
  • 600 km
Hündür nöqtəsiQızılqaya dağı
Əsas silsiləsiQərbi Tavr dağları, Orta Tavr dağları, Cənub-Şərqi Tavr dağları
SüxurlarıÇökmə süxurlar
Yerləşməsi
36°59′47″ şm. e. 33°00′07″ ş. u.
Ölkə Türkiyə
Tavr dağları xəritədə
Tavr dağları
Tavr dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hissələri

Tavr dağları 3 hissəyə bölünür.

  • Qərbi Tavr dağları və ya Antalya Tavr dağları adlanır. Təkə yarımadasından başlayır Antalya körfəzinə qədər davam edir. Şərqdə Daşəli platosu və Göksu çayın ilə Orta Tavr dağlarından ayrılır. Qərbi Tavr dağlarına Ağ dağları, Bey dağları, Katrancık dağı, Geyik dağları daxildir.
  • Orta Tavr dağları MersinAntalya sərhədindən başlayır və şimal-şərqə doğru Binboğa dağlarına qədər davam edir.Orta Tavr dağlarına Ağçalı dağları, Bolqar dağları, Aladağları, Taxtalı dağları daxildir.
  • Cənub-Şərqi Tavr dağları Cənub-Şərqi Anadolu regionunu və Şimali Mesopotamiyanın şimal hissəsini əhatə edir. Dəclə çayı mənbəyini bu dağlardan alır. Cənub-Şərqi Tavr dağlarına Nurhaq dağları, Malatya dağları, Maden dağları, Gənc dağları, Bitlis dağları daxildir.

Cənub-Şərqi Tavr dağlarında Qaradağ, Sat dağı, Buzul dağları, Sünbül dağı, Samur dağı, Qızıl dağı, Serdolusu dağı, Tanintanin dağları paralel şəkildə düzülmüşdür.[1]

İstinadlar