Tayşo
İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), (31 avqust 1879[1][2][…] – 25 dekabr 1926[1][2][…]) – 123-cü Yaponiya imperatoru, 1912–1926 illər ərzində hakimiyyətdə olmuşdur[3] Onun hakimiyyət dönəmi Tayşo adlandırılır.
Tayşo | |
---|---|
yap. 大正天皇 | |
30 iyul 1912 – 25 dekabr 1926 | |
Əvvəlki | Meyci |
Sonrakı | Hirohito |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 avqust 1879[1][2][…] |
Vəfat tarixi | 25 dekabr 1926[1][2][…] (47 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Sülalə | Yaponiya imperator evi |
Atası | Meyci |
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Rütbəsi | generalisimus |
Çin adı | |
Vəfatından sonrakı adı | 大正 |
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir[4].
1889-cu ildə Tayşo həliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır[5]. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir. 1909-cu ildə isə general-leytenant və vitse-admiral[4].
1900 ildə o, aristokrat Kuce Mititakinin dördüncü qızı olan Sadako ilə evlənir. Sonrada imperatoriça Teymey adı ilə tanınır. Onların üç oğlu olur:, Hirahito, şahzadə Titibu Yasuhito, şahzadə Takamasu Nabuhito və Mikasa Takahito[4].
30 iyul 1912 il tarixində Meycinin ölümündən sonra Yaponiya imperatoru elan edilir. Üç illik matəmdən sonra rəsmi olaraq səaliyyətlərinə başlayır[4].
Birlik dönəmində və Birinci dünya müharibəsindəki fəaliyyətlərinə görə 9 yanvar 1918-ci ildə Böyük Britaniyanın feldmarşalı elan edilir.
İmperator Meningitdən əziyyət çəkirdi. Cavan yaşlarında xəstəlik aradan qalxsada sonradan yenidən şiddətlənmişdir. Xəstəlik səbəbindən öz səahiyyətlərini yerinə yetirə bilmirdi. 1919-cu ildə parlamentin açılışında belə iştirak edə bilməmişdir. Bu səbəbdən 1926-cı ildə artıq parlament pegent olaraq oğlu Hirohitonu təyin edirlər[4][6]
25 dekabr 1926 ildə imperator 47-yaşında vəfat edir. Onu Tama məqbərəsində bastırırlar (yap. 多摩陵, たまのみささぎ)[4][7]