Tisian Veçellio

Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490[1][2]27 avqust 1576[3][4][…], Venesiya, Venesiya Respublikası[5][6]) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır.

Tisian Veçellio
it. Tiziano Vecellio
Doğum tarixitəq. 1490[1][2]
Vəfat tarixi27 avqust 1576[3][4][…]
Vəfat yeri
Vəfat səbəbitaun
Fəaliyyətirəssam, boyakar[d], memarlıq çertyojçusu[d], rəssam-qravüraçı[d]
Janrlarportret rəssamlığı[d], dini rəssamlıq[d][7], mifologiya rəssamlığı[d][7], [7], tarix rəssamlığı[7], portret[7]
StillərYüksək İntibah[8][9]
Tanınmış işləri
TələbələriTintoretto, Simone Petersano
MükafatlarıQızıl mahmız ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Venesiyada Tisianın qəbri

Yaradıcılığı

Avtoportret

Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir.[10]

Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur[10]. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.[10]

Bioqrafiya

Erkən yaşları

Tisianın dəqiq doğum tarixi məlum deyildir. Qoca vaxtlarında İspaniya kralı II Filippə yazdığı məktubda 1474-cü ildə doğulduğunu iddia etsə də, bu ağlabatan deyil.[11]

O, Qreqorio Veçellio və yoldaşı Lusiyanın oğlu idi. Atası Pieve de Cadore qəsrinin idarəedicisi idi və sahiblər üçün yerli mədənləri idarə edirdi. Qreqorio adlı-sanlı konsul və əsgər olub. Bir neçə qohumu, o cümlədən Tisianın babası notariat olmuş, dörd nəfərlik ailə Venesiya tərəfindən idarə olunan ərazidə yaxşıca kök salmışlar.

İstinadlar

Xarici keçidlər