TuralTuranX

Azərbaycan musiqi dueti

TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.[1]

TuralTuranX
Tural və Turan Bağmanovlar
Musiqiçi məlumatları
Musiqi alətipiano
Albom şirkətiBEAT Music
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar.[2] Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər.[1][2] Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.[3]

Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.[3]

2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.[4] 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər. Müsabiqədə "Tell Me More" mahnısı ilə çıxış etmiş və 1-ci yarımfinalda 4 xalla 14-cü yeri tutaraq finala çıxa bilməmişlər.[5] Müsabiqədən qabaq onların geyim tərzi Azərbaycanda geniş müzakirələrə və tənqidə səbəb olmuşdu.[6]

Şəxsi həyatları

Turalla Turanın iki qardaşı (Emin və Camal) 2015-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində baş vermiş yol qəzası nəticəsində həlak olmuşdurlar.[1]

Diskoqrafiya

Sinqllar

İstinadlar

Xarici keçidlər

Sələfləri 
Nadir Rüstəmli
"Fade to Black" mahnısı ilə
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2023
Xələfləri 
Fahreeİlkin Dövlətov
"Özünlə apar" mahnısı ilə