Uyğur əlifbası

Uyğur əlifbasıuyğur dili üçün istifadə olunan yazı sistemi. Müxtəlif dövrlərdə və fərqli ölkələrdə uyğur dilində yazmaq üçün fərqli yazı sistemlərindən istifadə edilmişdir. Bunlara qədim uyğur yazısı, ərəb qrafikası, kiril qrafikasılatın qrafikası aiddir.

Qədim uyğur yazısından VIII–XIX əsrlərdə istifadə edilmişdir. Uyğurlar islam dinini qəbul etdikdən sonra, XI əsrdən bəri ərəb qrafikasından istifadə edir. 1930-cu ilə qədər SSRİ-də uyğur dilində yazmaq üçün bu qrafikadan istifadə edilmiş, Çində isə 1960–1980-ci illər dövrü istisna olmaqla bu günə kimi istifadə edilir. SSRİ-də 1930-cu ildən 1947-ci ilə qədər, Çində isə 1960–1980-ci illər latın qrafikasından istifadə edilmişdir. 1947-ci ildən bəri SSRİ və MDB ölkələrində yaşayan uyğurlar kiril qrafikasından istifadə edir. 1956–1957-ci illərdə Çində bu qrafikadan istifadəyə cəhd edilmiş, lakin sonradan ləğv edilmişdir.

Hal-hazırda uyğur dilinin iki rəsmi yazılı standartı var. Çində ərəb qrafikası, MDB ölkələrində isə kiril qrafikası əsas götürülür.

Qədim uyğur dili

Qədim və müasir uyğur dillərinin davamlılığı məsələsi mübahisəlidir. Buna baxmayaraq, mütəxəssislərin əksəriyyəti qədim uyğur dilindən istifadə dövrünü müasir uyğur dilinin inkişaf mərhələlərindən biri hesab edirlər.[1]

Qədim uyğur dili üçün müxtəlif yazı sistemlərindən istifadə edilmişdir. Beləliklə, V əsrdə həmin dildə yazmaq üçün mani (manixey) əlifbasından istifadə edilmişdir. Bundan sonra V–VIII əsrlərdə qədim türk yazısından, VIII əsrdən sonra isə qədim uyğur yazısından istifadə edilmişdir. Qədim uyğur qrafikasının özü soğdi yazısı əsasında hazırlanmışdır.[1] Müasir dövrə çatan qədim uyğur mətnlərində Tibet əlifbası, Suriya yazısı və Mərkəzi Asiya tipli Brahmi yazısından istifadə edilmişdir.[2]

Uyğurlar islamı qəbul etdikdən sonra, yəni XI–XII əsrlərdən etibarən qədim uyğur qrafikası ərəb qrafikası ilə əvəzlənməyə başlamışdır. Ümumiyyətlə, bu proses XVI əsrə qədər başa çatmışdır, baxmayaraq ki, XVIII əsrə aid qədim uyğur qrafikası ilə yazılmış fərdi sənədlər mövcuddur. Buna əlavə olaraq, sarı uyğurlar XIX əsrə qədər bu qrafikadan istifadə etmişdir. 1920-ci illərin əvvəllərinə qədər Çin və Mərkəzi Asiyada yaşayan uyğurlar 28 hərfdən ibarət ərəf qrafikalı əlifbadan istifadə etmişdir.[3]

ا ب ت ث ج ح خ د ذ ر ز س ش ص ض ط ظ ع غ ف ق ك ل م ن و ه ى

Müqayisə cədvəli

Uyğur əlifbalarının müqayisəli cədvəli
Ərəb (Çin, 1982-ci ildən)Latın (Çin, 1965–1982)Kiril (Çin, SSRİ)Latın (SSRİ, 1946-cı ildən)Latın (ULY)Layihə (2018)BFƏ
ئاA aA aA aA aA aa
ئەƏ əƏ əƏ əE eÁ áæ
بB bБ бB вB bB bb
پP pП пP pP pP pp
تT tТ тT tT tT tt
جJ jҖ җÇ çJ jC cʤ
چQ qЧ чC cCh chCh chʧ
خH hX xX xX xX xx
دD dД дD dD dD dd
رR rР рR rR rR rr
زZ zЗ зZ zZ zZ zz
ژⱫ ⱬЖ жƵ ƶJ j/Zh zhJ jʒ
سS sС сS sS sS ss
شX xШ шŞ şSh shSh shʃ
غƢ ƣҒ ғƢ ƣGh ghǴ ǵʁ
فF fФ фF fF fF ff
قⱩ ⱪҚ қQ qQ qQ qq
كK kК кK kK kK kk
ڭ-ngҢ ңŊ ŋ-ngŃ ńŋ
گG gГ гG gG gG gɡ
لL lЛ лL lL lL ll
مM mМ мM mM mM mm
نN nН нN nN nN nn
ھⱧ ⱨҺ һH hH hH hh
ئوO oО оО оO oO oo
ئۇU uУ уU uU uU uu
ئۆƟ ɵӨ өƟ ɵÖ öÓ óø
ئۈÜ üҮ үY yÜ üÚ úy
ۋV vВ вV vW wV vv
ئېE eE eE eÉ éE ee
ئىI iИ иI iI iI ii,ɨ
يY yЙ йJ jY yY yj

Bundan əlavə, kiril qrafikalı uyğur dilində iki əlavə hərf var:

KirilƏrəbLatın-ULY
Ю юيۇyu
Я яياya

Mənbə

İstinadlar

Ədəbiyyat

  • Tuquşeva, Liliya Yusufcanova. Древнеуйгурский язык // Языки Мира. Тюркские языки (rus). Moskva: İndrik. 1997. ISBN 5-85759-061-2.
  • Sadvakasov, Qojəhməd Sadvakasov. Уйгурский язык // Языки Мира. Тюркские языки (rus). Moskva: İndrik. 1997. ISBN 5-85759-061-2.
  • Sadvakasov, Qojəhməd Sadvakasov. Алфавит литературного языка советских уйгуров (rus). Moskva: Nauka. 1972.
  • Moskalov, Aleksey Alekseyeviç. Политика КНР в национально-языковом вопросе (1949-1978) (rus). Moskva: Nauka. 1981. 214.
  • Çjou, Minlan. Multilingualism in China: the politics of writing reforms for minority languages 1949-2002 (ingilis). Berlin: Mouton de Gruyter. 2003. ISBN 3-11-017896-6.
  • Canbaz, Varis Əbdülkərim. "An Introduction to Latin-Script Uyghur" (PDF) (ingilis). 2006 Middle East & Central Asia Politics, Economics, and Society Conference. Sept 7-9, University of Utah, Salt Lake City, USA. 11 oktyabr 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 iyul 2021.[ölü keçid]