Uyğurlar

(Bu şablonun necə çıxarılacağını öyrənin)

UyğurlarGöytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin]

Uyğurlar
Ümumi sayı
28.000.000
Yaşadığı ərazilər
Çin ÇXR23.000.000(2010)[1][2]
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı800 000(2012)[3]
Özbəkistan Özbəkistan600 000(2012)[4]
Qazaxıstan Qazaxıstan400 000-650 000(2000)[5]
ABŞ ABŞ450 000(2010)[6]
Türkiyə Türkiyə300 000(1995)[7]
Hindistan Hindistan350 000(2010)[8]
Qırğızıstan Qırğızıstan98 000(2001)[9]
Dili

Uyğur dili

Dini

İslam (əsasən sünnisufi)

Mənşəyi
Türk
Qohum xalqlar

Özbəklər

Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir.

Tarixi

Uyğur Xaqanlığı

Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub.

ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar. SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar, qırğızlar, sarı uyğurlar və tatarlar məskunlaşıblar. Uyğur muxtar rayonunda qazaxlara məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da mövcuddur. Eləcə də Uyğur muxtar bölgəsində xalxa-monqollara məxsus muxtar vilayət və qəza, dunqallara məxsus muxtar qəza da var. Qansu əyalətində isə Salar türklərinə məxsus və tibetlilərlə birgə 3 muxtar qəza mövcuddur. Çində türk xalqları digər bölgələrdə, xüsusilə Daxili Monqolustan muxtar bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim dövrlərdən indiyədək yaşamaqdadırlar..[10]

Qalereya

Sayı

  • Uyğurların məskunlaşdıqları ölkələrin əksəriyyətində ölkə əhalisinin etnik tərkibi haqqında məlumatlar ya yox deyiləcək qədər azdır (Türkiyə, Özbəkistan, Türkmənistan, Pakistan, Səudiyyə Ərəbistanı və s. ölkələr) ya da ki, xeyli ölçüdə təhrif olunduqdan sonra (Rusiya FR , Çin XR və s. ölkələr) dünya ictimaiyyətinə təqdim olunduğu üçün uyğurların saylarına dair əminliklə söylənilə biləcək rəqəmlər qətiyyən olmadığı kimi ehtimallar irəli sürməkdə olduqca çətindir, ancaq onların sayının minimum həddini ehtimal etmək mümkündür . Beləliklə ayrı-ayrı ölkələrin rəsmi rəqəmlərinə dayanaraq ehtimal etmək olarki 2012-ci ilin əvvəlində dünyada ən azı 11 milyon uyğur türkü yaşamaqdadır və onların 93%-ə qədəri Çin XR vətəndaşlarıdır, ancaq daimi olaraq Çində yaşayan və ya bu ölkənin təhlükəsizlik orqanları tərəfindən təqib olunaraq xarici ölkələrdə sığınacaq tapmış uyğur qaçqınlarının sayı dəqiq məlum deyildir.
  • Bununla belə Ümumdünya Uyğur Kongresinin məlumatlarına əsasən 2010-cu ilin sonu etibarilə dünyada yaşayan uyğurların ümumi sayı 28 milyon[11] nəfərdir . Onun 20 milyonu Çində[12], 1 milyonu isə əsasən Qazağıstan, Özbəkistan və Qırğızıstanda, qismən Tacikistan, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, Türkmənistan, MisirMonqolustanda, az saylı diasporlar şəklində isə Avstraliyada, Yaponiyada, Kanadada, ABŞ-də, Albaniyada, Almaniyada, Norveçdə, İsveçdə, Niderlandda, Avstriyada, Belçikada, Danimarkada, Finlandiyada, Böyük Britaniya Krallığında, Fransadaİsveçrədə yaşayırlar.[11]

Çində

Çin-də rəsmi siyahıya almalarda Uyğurların sayı[13]
Siyahıya alma tarixiUyğurların sayı
19533,640,125[14]
19643,996,311
19825,986,869[15]
19907,214,431[16][17]
20008,399,393[17][18]

Özbəkistanda

Özbəkistandakı Uyğur Mədəniyyət Mərkəzinin iddiasına əsasən 2004[19]-cü ilə olan qeyri-rəsmi təxminə görə bu ölkədə 200,000[19] nəfər uyğur yaşadığı ehtimal olunur.[20]

Monqolustanda

Əfqanıstanda

Əsasən Əfqanıstanın Bədəxşan vilayətində (vilayət əhalisini əsasən özbəklər və taciklər, az sayda qırğızlar və uyğurlar təşkil edir) məskunlşamışdırlar. Sayları təxminən 3,000[21] nəfərdir.

Həmçinin bax

İstinadlar

Mənbə — "https:https://www.search.com.vn/wiki/index.php?lang=az&q=Uyğurlar&oldid=7534402"
🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat