Vanq Pao

Vanq Pao (laos ວັງປາວ; 8 dekabr 1929[1], Sianqkxuanq[d]6 yanvar 2011[2], Klovis[d], Kaliforniya) — Laos hərbçisi və siyasətçisi, kral qoşunlarının generalı, antikommunist hmonq milisi olan "Gizli Ordu"nun komandiri. Hind-Çin, VyetnamLaosda vətəndaş müharibələrinin fəal iştirakçısı olmuşdur. Müharibədəki məğlubiyyətdən və Laosda kommunist rejimi qurulduqdan sonra mühacirət etmiş, ABŞ-dəki icmasının və Laosun Azadlığı Uğrunda Birləşmiş Milli Cəbhənin lideri idi. O, Laosda dövlət çevrilişinə cəhddə ittiham olunmuş, hərbi cinayətlərdə və narkotik alverində iştirakda şübhəli bilinirdi.

Vanq Pao
Şəxsi məlumatlar
Doğum tarixi8 dekabr 1929(1929-12-08)[1]
Doğum yeri
Vəfat tarixi6 yanvar 2011(2011-01-06)[2] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər iltihabı
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Fəaliyyətiəsgər
Hərbi xidmət
MənsubiyyətiFransa Hind-Çini
Döyüşlər
Rütbəsigeneral-mayor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vəfat və irsi

Vanq Pao 2011-ci ildə 81 yaşında sətəlcəmdən vəfat etmişdir.

Vang Paonun dəfn mərasimi ətrafında müəyyən çətinliklər yaranmışdı. Generalın tərəfdarları onun ABŞ-nin hərbi müttəfiqi kimi Arlinqton qəbiristanlığında dəfn edilməsində israr edirdilər, lakin hərbi cinayətlərdə və narkotiklərin qanunsuz dövriyyəsində iştirakda ciddi şübhələr olduğu üçün bu təklif rədd edilmişdi. Eyni əsaslarla Madisonda bir məktəbə Vang Pao adının verilməsi təklifi daha əvvəl mübahisələrə səbəb olmuşdu.[3]

İstinadlar