Vermişel

Vermişel — spagettiyə bənzər ənənəvi makaron növlərindən biri. İtalyan vermişeli spagettiyə nisbətən qalın, amerikan vermişeli isə spagettiyə nisbətən incədir.[1]

Vermişel
Tərkibi
Əsas
Təfərrüatları
TipiMakaron

Tarixi

14-cü əsrdə İtaliyanın müxtəlif bölgələrində uzun makaron növləri müxtəlif adlarla adlanırdı. Bunu Barnabas de Reatinisin"Compendium de naturis et proprietatibus alimentorum" (1938) kitabında da görmək olar. O burada Tuskan vermişelinin Bolonyada orati, Venesiyada minutelli, Mantuada pancardelle adlandığını qeyd edir.[2]

İlk vermişel resepti "De arte Coquinaria per vermicelli e maccaroni siciliani" ("Siciliya makaronu və vermişelin bişirilmə sənəti") kitabında yazılmışdır.

Makaron növləri

Qalınlığının ölçüsünə görə müxtəlif makaron növləri vardır.

Makaron adıQalınlıq
Vermişeldiametri 2.08 və 2.14 mm arasında olur.[3][4]
Spagettidiametri 1.92 və 2.00 mm arasında olur.[5]
Vermiçellinidiametri 1.75 və 1.80 mm arasında dəyişir.[6]
Fidelinidiametri 1.37 və 1.47 mm arasında yerləşir.[7]
Kapellini (və ya "capelli d'angelo"—mələk saçı)diametri 0.8 və 0.9 mm arasında dəyişir.[8][9]

İstinadlar