Vikipediya:Ördək testi

Ördək testi - "Ördəyə bənzəyirsə, ördək kimi üzürsə və ördək səsi çıxardırsa, deməli o ördəkdir" - hər hansısa bir şeyin vərdişləri ilə müəyyən edilə biləcəyini göstərir.

Ördək testi aşkar olmayan hallara şamil edilmir. Əgər ağlabatan, şübhə doğurmayan, əksini sübut edən dəlil yoxdursa, istifadəçilər xoşniyyətli davranmalıdırlar.

İstifadəsi

"Ördək testi" Vikipediyanın daxili proseslərində istifadə olunmaq üçün nəzərdə tutulub. Məsələn, "İstifadəçi:Nümunə1" biri ilə qızğın mübahisə edir və buna görə bloklanır. Dərhal sonra "İstifadəçi:Nümunə2" adlı istifadəçi Vikipediyada qeydiyyatdan keçir və eyni şeyi və eyni tonda deyərək mübahisəni davam etdirir. Ördək testi onu kukla hesab etməyə və qaydalara uyğun hərəkət etməyə imkan verir. Əgər "İstifadəçi:Nümunə3" daha sonra qeydiyyatdan keçib mübahisəni davam etdirirsə, sanksiyaları gücləndirmək məqsədəuyğundur, çünki artıq bu onunla kukla kimi davranmaq üçün kifayət qədər aydındır.

Variantlar

Müzakirələrdə ördəkləri konsensus tələb olunan icma müzakirələrində, əsasən Silinməyə namizəd səhifələrdə tapmaq olar.