Vikipediya:Tarixdə bu gün/iyul 28

Xose de San-Martin
Xose de San-Martin
  • 1741Vitus Berinqin gəmisi Alyaskaya çatdı.
  • 1821 — Xose de San-Martin (şəkildə) Perunun İspaniyadan müstəqilliyini elan etdi.
  • 1896Floridada Mayami şəhərinin əsası qoyuldu.
  • 1914 — İyul böhranının kuliminasiya nöqtəsi kimi Avstriya-Macarıstan Serbiyaya müharibə elan etməklə Birinci dünya müharibəsinin başlamasına səbəb olur.
  • 1942II DM: Stalin Sovet ordusunun döyüş əzmində dönüş yaradan, döyüşdə geri çəkilməyi qadağan edən 227 nömrəli əmri imzaladı.
  • 1943II DM: Qomorra əməliyyatı çərçivəsində Kral Hava Qüvvələrinin Hamburqu bombalaması nəticəsində 42 min dinc sakin həlak oldu.
  • 2010Pakistanda Airbus A321 təyyarəsinin qəzaya uğraması nəticəsində 152 nəfər həlak oldu.
  • Digər günlər: 27 iyul28 iyul29 iyul