Yırtıcı (film, 1987)

Yırtıcı (ing. Predator) — 20th Century Fox kinokompaniyanın distribütorlik etdiyi 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir.[4][5] Baş rolda Arnold Şvartsenegger iştirak edir.[6][7] Film həmin ildə Saturn mükafatına layiq görülmüş və Oskar mükafatına namizəd göstərilmişdir.[8] Filmin çəkilişi Meksikanın Palenke şəhərinə yaxın cəngəllikdə baş tutmuşdur.[9]

Yırtıcı
ing. Predator
JanrDöyüş filmi
RejissorCon Maktirnan
ProdüserlərCon Devis
Laurens Qordon
Coel Silver
Bo Marks
Ssenari müəllifləriCim Tomas
Con TomasŞeyn Blek
Baş rollardaArnold Şvartsenegger
Karl Uezers
Elpidiya Karrilyo
Billi Dyuk
Cessi Ventura
Sonni Lendem
Kevin Piter Holl
OperatorDonald MakEllayn
BəstəkarAlan Silvestri
RəssamlarCon Vallone
Frenk Riçvud
Xorxe Sayns
Merlin Vens
Enrike Esteves
MontajçıMark Helfriç
İstehsalçılarGordon Company
Silver Pictures
Davis Entertainment
Distribütor20th Century Fox, Netflix, Disney+
İlk baxış tarixiABŞ 12 iyun 1987[1][2]
Filmin növüMacəra
Elmi fantastika
Müddət107 dəqiqə
Büdcə$ 15 milyon
Gəlir$ 98 267 558[3]
ÖlkələrABŞ ABŞ
Dilİngilis dili
İl1987
Sonrakı filmYırtıcı 2
RəngRəngli
Çəkiliş yeriMeksika
IMDbID0093773

Məzmun

Kosmik fəzada Yer kürəsinin ətrafından elmə məlum olmayan kosmik gəmi keçir. Bu kosmik gəmidən kapsul ayrılır. Həmin ayrılan kapsul Mərkəzi Amerikanın cəngəlliyinə yaxınlaşmaq üzrədir... ABŞ-yə məxsus təyyarə Cənubi Amerikada qəzaya uğrayır. Sağ qalan əsgərlər əsir düşürlər. ABŞ hərbi bazası həmin əsirləri xilas etmək üçün dəstə yaradır. Dəstəyə rütbəsi mayor olan "Holland" ləqəbli Alan rəhbərlik edir. Onlar gizli olaraq Cənubi Amerikaya yola düşürlər. Dəstə cəngəliyə çatdıqdan bir müddət sonra naməlum səbəbdən öldürülən insanlarla qarşılaşırlar. Düşmənin qüvvələrinin qüvvələrini məhv etmək üçün Alan plan quraraq dəstə ilə birgə düşərgəyə hücum edir. Bütün düşərgə heyəti məhv edilir. Düşmən qüvvələrindən isə yalnız Anna adlı qız əsir götürülür. Bu zaman naməlum bir kəsin onları izlədiyi təsvir olunur.

Bir müddət sonra Anna dəstə heyətindən ayrılaraq qaçmağa başlayır. Haukins onun qarşısını alır, lakin bu zaman Anna gözəgörünməz varlığın onu parçalayaraq apardığını görür. Anna bu hadisəni dəstə heyətinə çatdırır. Bu gözəgörünməz varlığın kim olduğunu axtaran heyət yollarına davm edirlər. Ardınca Bleyn öldürülür və dəstə heyətini qəti bir plan hazırlamağa məcbur edir. Lakin hazırlanmış planlar nəticəsiz qalır. Hadisələr əsnasında Ponço yaralanır, Mak və Dillon isə Yırtıcını təqib edərkən öldürülür. Sağ qalan Alan, Anna, Billi və ağır yaralanmış Ponço buranı tez bir zamanda tərk etmək üçün yollarına davam edirlər. Bir müddət sonra Billi Yırtıcının onları təqib etməsini hiss edir və sağ qalanların buradan uzaqlaşması üçün öz canını fəda edir. Yırtıcı Billini öldürdükdən sonra onlara yetişir və Ponçonu öldürür. Bu zaman Alan ciddi xəsarət alır və Annanı vertolyota çatması üçün buradan qaçmasını deyir. Anna buradan qaçır, Alan isə Yırtıcı qısa müddət mübarizə apardıqdan sonra şəlaləyə tullanır. Şəlalədən palçığ olan sahəyə çıxan Alan Yırtıcının onu görmədiyini zənn edir. Həqiqətən də, Yırtıcı onu görmür və bu səbəbdən buranı tərk edir.

Bir müddət sonra Alan Yırtıcını məhv etmək üçün çoxlu tələlər qurur. Tez bir zamanda bura yetişən Yırtıcı bir çox tələlərə düşsə də, sağ qalır və Alan onunla mübarizə aparmaq məcburiyyətində qalır. Mübarizəni qalibiyyətlə başa vuran Alan, ölümcül hala düşən Yırtıcının özünü partladacağını görür və buradan uzaqlaşır. Bu zaman Yırtıcı məhv olur. Sonda Alan Annanın ona kömək üçün göndəriyi vertolyota çatır və buranı tərk edir.

Rollarda

Aktyor/aktrisaRolQeydlər
Arnold ŞvartseneggerAlan "Datç" Şefferrütbəsi mayordur və dəstəyə rəhbərlik edir
Karl UezersCorc Dillondəstə heyətindən biri, qaradərilidir
Elpidiya KarrilyoAnna Qonkalvesdəstə heyəti tərəfindən əsir götürülən xanım
Billi DyukMakdəstə heyətindən biri, qaradərili olan çavuş
Cessi VenturaBleydendəstə heyətindən biridir, Mak ilə birgə Vyetnam müharibəsində iştirak edib
Sonni LendemBilli Soledəstə heyətindən biri, əslən hindudur
Riçard ÇavesCorc "Ponço" Ramirezdəstə heyətindən biri, əslən ispaniyalıdır
Şeyn BlekHaukinsdəstə heyətindən biri, dəstənin radio koordinatoru olan eynəkli
Kevin Piter HollYırtıcıdigər rolu: qaradərili olan təyyarənin pilotçusu
Piter Kallensəsləndirən"Yırtıcı" personajını səsləndirir
Robert Qolden ArmstronqHomer Filipsrütbəsi general-mayor dəstənin koordinatoru
Sven-Ole TorsenSovet zabitititrdə göstərilməyib

Maraqlı faktlar

  • Jan-Klod Van Damm "Yırtıcı" rolunu ifa etmək üçün filmə dəvət edilmişdi. Lakin kaskadyorlardan biri ilə mübahisə etdikdən bir müddət sonra film heyətini tərk edir. Onun yerinə isə boyca hündür olan qaradərili aktyor Kevin Piter Holl dəvət edilir.[10]

İstinadlar

Xarici keçidlər