Jan-Klod Van Damm

Belçika (flamand) mənşəli amerikan aktyoru, ssenaristi, prodüseri və montajçısı, bodibilder, döyüş sənəti ustası

Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960[1][2], Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur.

Jan-Klod Van Damm
nid. Jean-Claude Camille François Van Varenberg
Doğum adıJean-Claude Camille François Van Varenberg
Digər adıBrüsseldən əzələlər
Doğum tarixi18 oktyabr 1960(1960-10-18)[1][2] (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
AtasıOygen Van Varenberq
AnasıEliana Van Varenberq
Fəaliyyətiaktyor, ssenari müəllifi, rejissor, prodüser
Fəaliyyət illəri1983-cü ildən
Boyu176 sm
Çəkisi78 kq
MükafatlarıOfficer of the Order of the Crown
IMDbID0000241
jcvdworld.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri

Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur.[3] Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi.[4] 10 yaşından başlayaraq karateyə gedir.[5] Stilləri Shōtōkan KarateKikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır.[6] 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.[7]

Film karyerası

Jan-Klod Van Damma 1981-ci ildə Los Ancelesə köçür. İdman formasını qorumaq üçün bir idman salonunda ödənişsiz olaraq təmizlik işlərinə nəzarət edirdi. Həmin müddətdə taksi sürücüsü, gecə klublarında cangüdənlik, pizza satışı kimi işlərdə çalışırdı. 1983-cü ildə Fransız istehsalı olan "Barbar küçəsi" adlı filmdə polis rolunu canlandırdı. 1984-cü ildə "Breyk-dans: Film" adlı filmində rol aldı. Eyni il "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçi rolunu canlandırdı. 1986-cı ildə "Nə geri çəkil, nə də təslim ol" filmində rol aldı. Bu filmdə onun rolu qısa idi və mənfi obraz kimi canlandırılmışdır. Lakin bu filmi bir çox rejissorların diqqətini cəlb edə bilir. 1988-ci ildə az büdcəli film olan "Qara Qartal" filmində rol alır.

Menahem Qolan adlı prodüserin sayəsində Van Damm 1988-ci ildə "Qanlı idman" filminə dəvət olunur. Bu filmdən sonra Van Damm tanınmağa başlanır. "Kikboksçu", "Kiborq", "Ölümcül order", "Şir ürəkli", "İkiqat zərbə", "Universal əsgər" kimi döyüş filmlərində karyerasının qızıl çağını davam etdirirdi. 1990-cı illərin sonlarına yaxın çəkildiyi filmlər ona populyarlıq qazandıra bilməmişdi. Çünki bu müddətdə narkotikdən asılı olmuş və uzun müddət bu xəstəliyi mübarizə edirdi. Van Damm 1996-1997-ci illər ərzində tam müalicə olunmuş, bir sıra filmlərə çəkilərək əvvəlki populyarlığını geri qaytarmağa çalışmışdı.

Şəxsi həyatı

Jan Klod Van Dammın ilk həyat yoldaşı olan venesuelalı Mariya Rodriges olub. Onlar 1981-ci ildə boşanmışlar. 1985-ci ildə Sintiya Derdian ilə ailə həyatı qurmuş, lakin bir müddət keçdikdən sonra 1986-cı ildə onlar boşanmışlar. Həmin ildə model olan Qledis Portiqeslə evlənmişdir. Van Dammın bu nigahdan Kristofer və Bianka adlı övladı olur. Lakin onlar 1992-ci ildə boşanırlar. Van Damm 1994-cü ildə model olan Derci La Piyer ilə evlənir. Onların Nikolas adlı övladı olur. 1996-cı ildə onlar boşanırlar və bu müddətdən başlayaraq Van Damm narkotikdən asılı vəziyyətə düşür. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotikdən imtina etmişdir. 1999-cu ildə isə Van Damm və Qledis Portiqes yenidən ailə həyatı qurmuşlar.

Mükafatları

"MTV Movie Awards" kinomükafatının "The most desirable man" (azərb. Ən arzu olunan kişi‎) kateqoriyasına görə 3 dəfə (1992, 19931994) nominasiyaya layiq görülmüşdür. 2010-cu ildə "The Grand World Prize" (azərb. Böyük Dünya Mükafatı‎) mükafatı və "Golden Talents Of The Planet" (azərb. Planetin Qızıl İstedadları‎) mükafatının qızıl ordeninə layiq görülmüşdür.

Filmoqrafiya

İlFilmOrijinal adıRolQeydlər
1984Barbar küçəsiRue Barbare
1984Breyk-dans: FilmBreakin'
1984Əbədi MonakoMonaco Forever
1984İtkin düşmüşlərMissing in Action
1986Nə geri çəkil, nə də təslim olNo Retreat , No Surrenderİvanİlk seçilən rolu
1988Qara qartalBlack Eagle
1988Qanlı idmanBloodsportFrenk Dyuks
1989KikboksçuKickboxerKurt Sloan
1989KiborqCyborg
1990Ölümcül orderDeath Warrant
1990Şir ürəkliLionheartLionFilmin digər adı: A.W.O.L. – absent without leave (Böyük Britaniya versiyası)
1991İkili zərbəDouble İmpact
1992Universal əsgərUniversal SoldierLyuk
1993Çətin hədəfHard Target
1993Qaçmağa yer yoxdurNowhere To Run
1994Zaman polisiTime Cop
1994Küçə döyüşçüsüStreet FighterGil
1995Qəfil ölümSudden Death
1996Maksimal riskMaximum Risk
1996Macəra axtarışındaThe Quest
1997İkiqat komandaDoeble Team
1998LegionerLegionnaire
1999Axırıncı vuruşmaLast to fight
1999İnfernoInferno
1999Universal əsgər 2: QayıdışUniversal Soldier 2: The RetumeLyuk
2001SifarişThe OrderRudi Cafmeyer
2001ReplikantReplicant
2002Aşağı buraxılanDerailed
2003CəhənnəmdəIn Hell
2004Ölümün iziWake Of Death
2004NarkoNarco
2006Möhkəm müdafiəHard Corps
2006Komandirin müaviniSecond in Command
2006İmtahanThe Examen
2007Ölümə kimiUntil Death
2008JVCDJVCD
2009Universal əsgər 3 : RegenerasiyaUniversal Soldier 3 : RegenerationLyuk
2011Kunq-fu Panda 2Kung Fu Panda 2
2011Qatillərin oyunuAssassination Games
2011Əjdaha gözləriDragon Eyes
2011Şərəfli şəhərcikDragon Eyes
2012Rjevskiy Napoleona qarşıBeur sur la ville
2012Qabağıalınmazlar 2The Expendables 2
2012Universal əsgər: İntiqam günüUniversal Soldier: Day of ReckoningLyuk

Qalereya

İstinadlar

Xarici keçidlər