Yan Vermeerin rəsmlərinin siyahısı

Yan Vermeer (1632–1675) holland incəsənətinin Qızıl Dövr rəssamlarından biridir. Onun əsərlərinin əksəriyyəti dünyanın aparıcı muzeylərində saxlanılır. Vermeer karyerasına 1650-ci illərin əvvəllərində irimiqyaslı Bibliyamifoloji səhnələr çəkərək başlamış, lakin sonrakı rəsmlərinin əksəriyyətində gündəlik həyatdan səhnələr təsvir edilmişdir. Rəssam həm də şəhər mənzərələrialleqorik səhnələr çəkmişdir[2].

Yan Vermeerin "Prokuror" rəsmindən (təxminən 1656-cı il) bir hissə. Şəklin rəssamın avtoportreti olduğu güman edilir.[1]

Onun populyarlığı onun mövzusundan daha çox mövzularını poetik şəkildə təsvir etməsindən və çox çətin bir həyat sürməsindən qaynaqlanır. Vermeerin 1660-cı illərdəki rəsmləri, ümumiyyətlə, 1670-ci illərdəki əsərlərindən daha populyardır: bəzilərinin nəzərində onun sonrakı işləri daha soyuqdur[3].

Onun əsərinin ilk tədqiqatçısı fransız jurnalisti və sənətşünası Teofil Torre-Bürger olub. 1850-ci illərdə o, 74 rəsm əsərini Yan Vermeerə aid etmişdir[4], lakin Torre-Burger bu rəsmlərin bir çoxunda yanılmışdır. Çünki o dövrdə holland rəssamlığı hələ sistemli şəkildə öyrənilməmişdi və orijinallığı müəyyən etmək üçün analitik üsul və üsullar az idi[5].

Bu gün 35 rəsm ona aid edilir, ikisi üzərində isə sual işarələri var[6][7][8]. Vermeerin rəsmlərinin müəllifliyinin tədqiqi və təsdiqi Hollandiyanın İncəsənət Tarixi İnstitutunun işi sayəsində mümkün olub. Bu təşkilat həm muzeylər, həm də akademiya və ictimaiyyət üçün beynəlxalq kontekstdə Hollandiya incəsənətinə dair tədqiqat nəticələrinə və məlumatlara dünya miqyasında çıxışı təmin edir[9].

Rəssamın ölümündən sonra onun adı iki əsr ərzində unudulub. 1860-cı ildə alman sənətşünası Qustav Fridrix Vaagen "Rəsm alleqoriyası" tablosunu Vermeerin əsəri adlandırdı və 1866-cı ildə fransız sənətşünası Teofil Torre-Bürger rəssamın əsərlərinin kataloqunu nəşr etdirdi və yayımladı. Kataloq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi və ustadın rəsmləri Avropa və ABŞ-da kolleksiyaçılar tərəfindən alınmağa başladı və dövlət kolleksiyalarında toplandı. Bundan sonra Yan Vermeer RembrandtFrans Hals ilə birlikdə Hollandiya rəssamlığının Qızıl Dövrünün titanı kimi tanındı. Rəssamın, demək olar ki, heç bir əsərinin dəqiq ərsəyə gətirilmə tarixi yoxdur, ona görə də yalnız təqribi illər müəyyən edilə bilir.

Rəsmlərin siyahısı

Aşağıdakı rəsmlərinin siyahısı rəssamın evləndiyi və Müqəddəs Luka Gildiyasına daxil olduğu 1653-cü ildən 1675-ci ildə ölümünə qədər olan dövrü əhatə edir. Siyahıda şübhəsiz və şübhəli atribusiyaları olan, eləcə də bir müddət Vermeerə aid edilən rəsmlər haqqında məlumatlar var. Əsərlər xronoloji ardıcıllıqla paylanır. Vermeerin bir çox rəsmləri müxtəlif adlarla tanınır və alternativ adlar da aşağıda qeyd olunmuşdur. Yaradılma illəri əsərlərin əksəriyyəti üçün yalnız təxminlərdir və mənbələr çox vaxt fərqli, lakin bir-birinə yaxın təxminlər verir.

Siyahını tərtib etmək üçün əsas mənbə 2017-ci ildə Karl Schütz tərəfindən nəşr olunmuş Vermeerin 37 rəsmindən ibarət "Tam əsərlər" kataloqudur[10].

Yan Vermeerə məxsusluğu təsdiqlənmiş rəsm əsərləri

ŞəkilAzərbaycanca adıOriginal adıHaqqındaİlÖlçüYerİstinadQeyd
1 Marta və Məryəm Evində MəsihChristus in het huis van Martha en Maria1654–1655 və ya 1654–1656 və ya 1655Kətan üzərində yağlı boyalarla, 160 × 142 smŞotlandiya Milli Qalereyası,Edinburq[11][12][13][14][15]
2 Müqəddəs PraksedaDe heilige PraxedisMəxfi kolleksiyaya daxildir.1655Kətan üzərində yağlı boyalarla, 101,6 × 82.6 smTokioda Milli Qərb Sənətləri Muzeyində icarədədir.[16][17][18]
3 Diana və onun yoldaşlarıDiana en haar NimfenƏvvəllər rəsmin müəllifinin Nikolay Mas olduğu düşünülürdü, lakin 2020-ci ildən əsərin Yan Vermeerə aid olduğu hesab edilir.1655–1656
və ya 1653–1654
Kətan üzərində yağlı boyalarla, 98,5 × 105 smMavritşeys, Haaqa[12][13][19][20][21]
4 ProkurorDe koppelaarster1656Kətan üzərində yağlı boyalarla, 143 × 130 smKöhnə Ustaların Qalereyası, Drezden[22][23]
5 Yatmış qız

(Yatmış qulluqçu kimi də tanınır.)

Een slapende dienstmeid1656–1657 və ya 1957Kətan üzərində yağlı boyalarla, 87,6 × 76.5 smMetropoliten muzeyi, Nyu-York[12][13][24][25]
6 Açıq pəncərədə məktub oxuyan qız
(Açıq pəncərədə məktub oxuyan gənc qadın kimi də tanınır.)
Meisje leest een brief bij een raam1657 və ya 1657–1659Kətan üzərində yağlı boyalarla, 83 × 64.5 smKöhnə Ustaların Qalereyası, Drezden[12][26][27][28]
7 Kiçik küçəHet straatje1657–1658 və ya 1658 və ya 1658–1660Kətan üzərində yağlı boyalarla, 54,3 × 44 smReyksmüzyem, Amsterdam[12][13][29][30][1]
8 Gülən qızla məmur
(Məmur və gülən qız kimi də tanınır.)
Soldaat met lachend meisje1657Kətan üzərində yağlı boyalarla, 50,5 × 46 smFrik Kolleksiyası, Nyu-York[12][31][32]
9 SüdçüDe Melkmeid və ya Het Melkmeisje1658 və ya 1657–1658Kətan üzərində yağlı boyalarla, 45,5 × 41 smRijksmuseum, Amsterdam[12][13][33]
10 Şərab şüşəsiHet glas wijn1658–1660 və ya 1658–1659Kətan üzərində yağlı boyalarla, 39,4 × 44.5 smBerlin şəkil qalereyası, Berlin[13][34][35]
11 Şərab şüşəsi ilə qızDame en twee heren1659Kətan üzərində yağlı boyalarla, 78 × 67.5 smHersoq Anton Ulrix muzeyi, Braunşveyq[36][37]
12 Delft mənzərəsiGezicht op Delft1659–1660Kətan üzərində yağlı boyalarla, 98,5 × 117.5 smMavritşeys, Haaqa[38][39][40]
13 Qız öz musiqisini kəsdiOnderbreking van de muziek1660–1661 və ya 1658–1659Kətan üzərində yağlı boyalarla, 39,4 × 44.5 smFrik Kolleksiyası, Nyu-York[12][41][42]
14 Məktub oxuyan qadınBrieflezende vrouw1663–1664 və ya 1657–1659Kətan üzərində yağlı boyalarla, 46,6 × 39.1 smReyksmüzyem, Amsterdam[12][43][44]
15 Musiqi dərsi
(Cənab ilə vercinal arxasındakı qadın kimi də tanınır.)
Vrouw gezeten aan een virginaal, met een man1662–1665Kətan üzərində yağlı boyalarla, 73,3 × 64.5 smKral Kolleksiyası, Bukinqem sarayı, İngiltərə[45][46]
16 Lüte ilə qadınVrouw met een luit1663–1664 və ya 1662–1663Kətan üzərində yağlı boyalarla, 51,4 × 45.7 smMetropoliten muzeyi, Nyu-York[13][47][48]
17 Mirvari boyunbağılı qadınVrouw met een parelsnoer1662–1664Kətan üzərində yağlı boyalarla, 55 × 45 smBerlin şəkil qalereyası, Berlin[49][50]
18 Su çəni ilə qadınJonge vrouw met een waterkan1660–1662 və ya 1662Kətan üzərində yağlı boyalarla, 45,7 × 40.6 smMetropoliten muzeyi, Nyu-York[13][51][52]
19 Balans tutan qadın

(Balanslı qadın kimi də tanınır.)

Vrouw met een weegschaal1662–1663 və ya 1663–1664Kətan üzərində yağlı boyalarla, 42,5 × 38 smMilli Sənət Qalereyası, Vaşinqton[13][53][54]
20 Məktub yazan xanımSchrijvende jonge vrouw1665–1666Kətan üzərində yağlı boyalarla, 45 × 40 smMilli Sənət Qalereyası, Vaşinqton[55][56]
21 Mirvari sırğalı qız

(Mirvari tanalı qız kimi də tanınır.)

Meisje met de parel1665Kətan üzərində yağlı boyalarla, 46,5 × 40 smMavritşeys, Haaqa[57][58]
22 KonsertSchrijvende jonge vrouw18 mart 1990-cı ildə rəsm oğurlandı.

2020-ci ildən etibarən FTB-nin axtarışındadır.

1665–1666Kətan üzərində yağlı boyalarla, 72,5 × 64.7 sm1990-cı ildə Bostonda İzabella Stüart Qardner muzeyindən oğurlandıqdan sonra tapılmamışdır.[59][60][61][62]
23 Gənc qadının portretiTronie van een jonge vrouw1666–1667 və ya 1665–1667Kətan üzərində yağlı boyalarla, 44,5 × 40 smMetropoliten muzeyi, Nyu-York[13][63][64]
24 Rəsm alleqoriyası
(Rəsm sənəti kimi də tanınır.)
Allegorie op de schilderkunst1666–1667 və ya 1666–1668Kətan üzərində yağlı boyalarla, 100 × 120 smİncəsənət Tarixi Muzeyi, Vyana[13][65][66]
25 Xanım və qulluqçu
(Məktub tutmuş qulluqçusu ilə xanım kimi də tanınır.)
Vrouw en dienstmeid1667–1668Kətan üzərində yağlı boyalarla, 90,2 × 78.7 smFrik Kolleksiyası, Nyu-York[67][68]
26 AstronomDe astronoom1668Kətan üzərində yağlı boyalarla, 50,8 × 46.3 smLuvr, Paris[69][70]
27 CoğrafiyaşünasDe geograaf1668–1669Kətan üzərində yağlı boyalarla, 53 × 46.6 smŞdetelev incəsənət institutu, Frankfurt-Mayn[71][72]
28 Dantel ustasıDe kantwerkster1669–1670Kətan üzərində yağlı boyalarla, 24,5 × 21 smLuvr, Paris[73][74]
29 Sevgi məktubuDe liefdesbrief1669–1670Kətan üzərində yağlı boyalarla, 44 × 38.5 smReyksmüzyem, Amsterdam[75][76]
30 Qulluqçu ilə məktub yazan xanımSchrijvende vrouw met een dienstmeid1670Kətan üzərində yağlı boyalarla, 71,1 × 58.4 smİrlandiya Milli Qalereyası, Dublin[77][78]
31 Vercinal arxasında əyləşmiş gənc qadınJonge vrouw aan een virginaal1670–1672Kətan üzərində yağlı boyalarla, 25,2 × 20 smLeyden Kolleksiyası, Birləşmiş Ştatlar[16][79][80]
32 İnam alleqoriyasıAllegorie op het katholieke geloof1671–1674 və ya 1670–1672Kətan üzərində yağlı boyalarla, 114,3 × 88.9 smMetropoliten muzeyi, Nyu-York[13][81][82]
33 GitaraçıJonge gitaarspelende vrouw1672Kətan üzərində yağlı boyalarla, 53 × 46.3 smKenvud Haus, London[83][84]
34 Vercinal arxasında dayanmış xanım

(Vercinal arxasında dayanmış gənc qadın kimi də tanınır.)

Jonge vrouw staande bij een virginaal1673–1675 və ya 1670–1672Kətan üzərində yağlı boyalarla, 51,7 × 45.2 smLondon Milli Qalereyası, London[13][85][86]
35 Vercinal arxasında əyləşmiş xanım

(Vercinal arxasında əyləşmiş gənc qadın kimi də tanınır.)

Jonge vrouw aan een virginaal1673–1675 və ya 1670–1672Kətan üzərində yağlı boyalarla, 51,5 × 45.5 smLondon Milli Qalereyası, London[13][87][88]

Mübahisəli rəsmlər

ŞəkilAdOriginal adıİlÖlçüYerİstinad
1 Qırmızı papaqlı qızMeisje met een rode hoed1668 və ya 1665–1667Panel üzərində yağlı boyalarla, 22,8 × 18 smMilli Sənət Qalereyası, Vaşinqton[13][89][90]
2 Qız fleyta iləMeisje met een fluit1665–1670Panel üzərində yağlı boyalarla, 20 × 17.8 smMilli Sənət Qalereyası, Vaşinqton[16][91][92]

Yan Vermeerə aidiyyatı təsdiqlənməmiş rəsmlər

ŞəkilAdOriginal adıHaqqındaİlÖlçüYerİstinad
1 İnteryerdə içki içən, mahnı oxuyan şən insanlarVrolijk drinkend, zingen en musicerend gezelschap in een interieurRəsm əvvəllər Antoni Palamedes, Piter Kod və ya Yan Vermeerin işi hesab olunurdu,

lakin 2020-ci ildən əsər Piter Yansz Kvasta aid edilir.

1600-cü illərin ikinci yarısı (1635–1669)37.5 × 49.5 smMetropoliten muzeyi, Nyu-York[93]
2 Dizlərində meyvələr olan gənc qadın ərinə baxırJonge vrouw met vruchten op haar schoot kijkt op naar een manRəsmin müəllifinin əvvəllər Simon De Vos və ya Yan Vermeer olduğu düşünülürdü, lakin 1972-ci ildən əsər Yan Kossiersə aid edilir.1640–1649166 × 144 smKoller qalereyası, Sürix[94]
3 Dəhlizdən otağa görünüşGezicht vanuit een gang in een kamerRəsm uzun müddət Piter de Hox və ya Yan Vermeerin əsəri hesab olunurdu,

lakin 1955-ci ildən onun müəllifi Samuel van Hoqstraten hesab olunur.

1642–1678103 × 70 smLuvr, Paris[95]

İtmiş əsərləri

Tarixi sənədlərdə Yan Vermeerin bir sıra digər rəsmlərinin ya məhv edildiyi, ya itirildiyi, ya da səhvən digər rəssamların əsərləri kimi qələmə verildiyi göstərilir.[96] Vermeerin itirilmiş həmin əsərlərinin siyahısında bunlar ola bilər:

  • avtoportret
  • əllərini yuyan bir adamın rəsmi
  • ikinci bir küçə mənzərəsi (birincisi Kiçik küçə olmuşdur.^ )
  • Qəbirə ziyarət – bəlkə də, İnci
  • Yupiter də daxil olmaqla bir mifoloji rəsm
  • "Vermeerin üzü" olaraq təsvir edilən nisbətən erkən bir rəsm[96]

Vermeerin rəsmlərinin saxlandığı kolleksiyalar

Yan Vermeerin rəsmləri səkkiz ölkənin muzeylərindədir:

  1. Avstriya
  2. Böyük Britaniya (İngiltərəŞotlandiya)
  3. Almaniya
  4. İrlandiya
  5. Niderland
  6. ABŞ
  7. Fransa
  8. Yaponiya

Ustadın ən çox rəsm əsəri ABŞ muzey kolleksiyalarında cəmlənib: 5 əsər Metropolitan İncəsənət Muzeyində, 4 əsər Vaşinqton Milli İncəsənət Qalereyasında, 3 əsər Nyu-Yorkdakı Frik Kolleksiyasında saxlanılır, bir əsər isə Bostonda İzabella Stüart Qardner muzeyinin kolleksiyasına aid idi (Rəsm 1990-cı ildə oğurlanıb və hələ də tapılmayıb.)[2] və biri şəxsi kolleksiyadadır (cəmi 14 əsər).

Rəssamın vətəni Niderlandda onun rəsmləri Reyksmüzyem (4 əsər) və Mavritşeys Kral Qalereyasının (3 əsər) kolleksiyasına daxildir.

Həmçinin bax

İstinadlar