Yonaquni

Yonaquni[1] (yap. 与那国島) — Yaeyama adalarına Sakişima qruplarına Ryukyu arxipelaqına daxil ada. Yaponiyanın ən ucqar qərb ərazisi. Tayvan adasından 125 km aralıda yerləşir. 2011-ci il məlumatına görə adada 1581 nəfər yaşayır. Adanın sahəsi 28,88 km² təşkil edir. İnzibati cəhətdən Okinava prefekturası ərazisinə daxildir. Tarixən Ryukyu krallığı ərazisinə daxil olmuşdur[2]

Yonaquni adası
yap. 与那国島
Ümumi məlumatlar
Sahəsi28,88 km²
Uzunluğu
  • 11 km
Eni4 km
Hündür nöqtəsi231,3 m
Əhalisi1.581 nəfər (2011-ci il)
Yerləşməsi
24°27′00″ şm. e. 122°59′00″ ş. u.
Ölkə Yaponiya
Vilayət
  • Okinava prefekturası
Akvatoriya
Yonaquni adası xəritədə
Yonaquni adası
Yonaquni adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətləri

Yonaquni adasında Hancake (yap. 花酒) adlı içki hazırlanır. Üstəlik bu içkinin tünd spirtli variantı avamori adlanır.

Ada özünün təbii halda yayılmış atı ilə məşhurdur. Bu at adanın adı ilə Yonaquni adlandırılır.

Yonaquni dayverləri özünə cəlb edir. Sahillərində qışda Çəkiçbaş akulalarına rast gəlinir. 1985-ci ildə dayverlər adanın cənubunda qayalıqlar aşkarlanmışdır. Bu rif gözəllikləri insanı valeh edir[3].

İqlimi

Tropik iqlim qurşağımnda yerləşir. Mussonların təsirinə məruz qalır. Orta illik temperatur 23.8° S təşkil edir. Yanvar ayının orta temperaturu 18,4° S, iyul ayında isə 28.8° S təşkil edir[4]

Şəkillər

Filmlər

  • «Sualtı dünya. Yonaquninin sirləri» — elmi film (2004), Leksandr Smirnov
  • «Yonaquninin sirləri», Andrey Sklyariov (2007)
  • «Qədim gəlmələr. Sualtı dünya» (ing. Ancient Aliens. Underwater Worlds) — sənədli film (2011)

İstinadlar

Mənbə