Yuxarı Veysəlli

Füzuli rayonunda ləğv edilmiş kənd

Yuxarı VeysəlliAzərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[1]

Yuxarı Veysəlli
39°44′29″ şm. e. 47°05′21″ ş. u.
Ölkə Azərbaycan
RegionXocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Veysəlli xəritədə
Yuxarı Veysəlli
Yuxarı Veysəlli
Yuxarı Veysəlli xəritədə
Yuxarı Veysəlli
Yuxarı Veysəlli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

Keçmiş adı Veysəlli olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli, bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır. Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır.[2][3]

Tarixi

Kənd 22 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub[4].

SSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdir[5].

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi[6][7][8].

5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[1]

Coğrafiyası

Yuxarı Veysəlli kəndinin ərazisi düzənlikdə[3] Xocəvənd şəhərindən 3 km məsafədə, Füzuli şəhərindən 21 km məsafədə yerləşirdi.

Əhalisi

22 fevral 1992-ci ildə kənd işğal olunanadək kənddə 120 ev, əhalinin sayı isə 1000 nəfərə yaxın olmuşdur. Bütün evlər təbii qaz, elektrik, su və telefonla təchiz edilmişdir. Kənddə yeni orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, kinoklub, poçt, mağaza olmuşdur.

İqtisadiyyatı

Yuxarı Veysəlli kəndində təşkil olunan “Sosializm” kolxozu üzümçülük, taxılçılıq və heyvandarlıq sahəsində rayonun ən qabaqçıl təsərrüfatlarından biri olub. 1980-ci ilin əvvəllərində kolxoz ildə 2800-3000 ton üzüm istehsal edib. 1961-ci ildən 1995-ci ilədək, (kolxozlar ləğv edilənədək) 34 il “Sosializm” kolxozunun İdarə Heyətinin sədri, təcrübəli rəhbər Hətəm Allahverdi oğlu Hətəmov olmuşdur. ”Sosializm” kolxozu,qonşuluqdakı erməni əhalidən ibarət olan, Xocəvənd rayonunun (keçmiş DQMV) Çartaz kəndinin “Kommunizm” kolxozu ilə uzun illər rəqabət yarışında olmuşdur və 1980-ci illərdə bir çox iqtisadi göstəricilərinə görə “Kommunizm” kolxozundan da üstün olmuşdur.

Həmçinin bax

Yuxarı Veysəllinin işğalı: video 1 video 2.

Xarici keçidlər

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

İstinadlar

Xarici keçidlər