Zakir Mehdiyev

Zakir Tahir oğlu Mehdiyev (4 oktyabr 1948, Kirovabad) — Azərbaycan heykəltaraş və rəssamı, pedaqoq, SSRİ Rəssamlar İttifaqının üzvü (1979), Azərbaycan Respublikasının əməkdar rəssamı (2021).

Zakir Mehdiyev
Doğum tarixi (75 yaş)
Doğum yeriGəncə, Azərbaycan SSR, SSRİ
MilliyyətiAzərbaycanlı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyətiheykəltaraş
TəhsiliƏzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi
V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu
Janrheykəltaraşlıq
Mükafatları"Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2021

Həyatı

Zakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

1978-ci ildə bu institutun heykəltaraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris etmişdir. 2000–2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir

Yaradıcılığı

  • Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, SuriyaAzərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur.
  • Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda (Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə[1] ucaldılmış abidələrin, "Atatürk ve Cumhuriyet" barelyefının[2] müəllifidir. Türkiyədə heykəltaraşlıq kompleksi, "Bilim yolu öncüleri"[3][4] adlı böyük tarix alimlərinin büstlərinin xiyabanı yaratmışdır.
  • 2016-cı ildə Müasir İncəsənət Muzeyində "Heykəl sərgisi" adlı sərgisı keçirilmişdir[5]
  • 2017-ci ilin may ayında Turizm Nazirliyi, Azərbaycan Dövlət Sənət Qalereyası və Muzey Mərkəzinin təşkil etdiyi "İRS" adlı sərginin qarışıq ekspozisiyasında nümayiş etdirilmişdir.
  • Bakıda Şah İsmayıl Xətai abidəsi(İbrahim Zeynalovla

birgə

abidəsi(İbrahim Zeynalovlabirgə

Stili

  • Daş, mərmər, ağac və digər materiallardan hazırlanmış heykəllər, büstlər, barelyef

Mükafatları

  • 1976-cı ildə "Stalevar" adlı əsərlə Lenin Komsomol mükafatı
  • 1977-ci ildə "İlin ən yaxşı əsəri" mükafatını aldı.
  • 2000 ci ildə "Güləş" heykəli ilə Azərbaycan üzrə birincilik mükafatı(Milli Olimpiya Komitəsi tərəfindən
  • 2000-ci ildə "Wrestling" heykəli ilə Dünya Olimpiya Komitəsi tərəfindən Sidney olimpiya oyunları heykəl müsabiqəsində mükafatlandırılmışdır
  • "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 16 oktyabr 2021[6]
  • 2019 cu ildə Danimarka dövlətinin təşkil etdiyi “Portrait Now! 2019" beynəlxalq müsabiqədə qalib olmuş, Frederiksburg Castle, Danimarkanın kolleksiyasında heykəli beynəxalq sərgidə yer almışdır.[7]

İstinadlar