Zilanlı

ZilanlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Zilanlı
39°12′22″ şm. e. 46°43′47″ ş. u.
Ölkə Azərbaycan
RayonQubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Zilanlı xəritədə
Zilanlı
Zilanlı

Etimologiyası

Oykonim kürddilli zilanlı tayfasının adı ilə bağlıdır.[2]

Tarixi

Rusiya-İran müharibəsi (1826–1828) sonra kürddilli zilanlı tayfasının nümayəndələri İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilmişdir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar.[2]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zilanlı kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Zilanlı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[4]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]

Coğrafiyası

Zilanlı kəndi dağətəyi düzənlikdədir.[2]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[7] 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Zilanlı kəndində 38 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 161 nəfər (93 nəfəri kişilər, 68 nəfəri qadınlar) əhali yaşayırdı.[8]

İstinadlar

Xarici keçidlər