Zülfiyyə Xanbabayeva

Zülfiyyə Xanbabayeva (16 oktyabr 1967, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).[1] Azərbaycan müasir estrada qurucularından biri.

Zülfiyyə Xanbabayeva
Ümumi məlumatlar
Doğum adıZülfiyyə Güloğlan qızı Xanbabayeva
Doğum tarixi16 oktyabr 1967(1967-10-16) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, aktrisa, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri1988-ci ildən
Janrpop musiqisi
Albom şirkətiBEAT Music
MükafatlarıAzərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti "Humay" mükafatı
zulfiyya.com

Həyatı

Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbi bitirdikdən sonra 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub.[2]

1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb.[3]1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayır.

Ailəlidir. Bir qız övladı var.[4][5]

O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[6]

Solo karyera

Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlamışdır.

Solo
TarixAdı
1987Cavanşir Quliyevin "Danabaş Kəndinin Əhvalatları" filmində "Layla" metodikası ilə mahnı .
1988Vaqif Gərayzadə ilə əməkdaşlığın başlaması və "Aypara" qrupunda çıxış
2000Solo konsert — Heydər Əliyev adına sarayda.
2001Gənclər günündə Heydər Əliyevin qarşısında hesabat ilə çıxış edib. (Müsavat-2001)
2001Xeyriyyə solo konsert — Şəhriyar adına mədəniyyət sarayında. (Yeni müsavat-2001)
2001Solo konsert- Ulduzlar parkında
2002Xeyriyyə solo konsert "Narkomaniyaya qarşı mübarizə" (Hürriyyət-2002; Azadlıq-2002,)
2002Solo konsert — Heydər Əliyev adına sarayda.
2002Xeyriyyə solo konsert kimsəsiz uşaqlar üçün (525 qəzet)
2003Azərbaycanda Birgə yardım (UAFA) humanitar təşkilata himayədar seçilib. (Azadlıq, Şərq)
2004Xeyriyyə solo konsert kimsəsiz uşaqlar və kimsəsiz gənclər üçün (Şərq,525 qəzet)
2004ABŞ-nin paytaxtı Vaşinqtonda 57 türk icmasını özündə birləşdirən Amerika-Türk Assosiasiyaları Assambleyasının qurultayında Azərbaycanı təmsil edib. (525 qəzet)
2004Tofiq Bəhramov adına Respublika stadionunda, Tarkanla bir səhnədə konsert. (Şərq, Yeni Müsavat, Azadlıq)
2005Turne "Canım məmləkətim" adı altında 6 dənə silsilə xalq solo konserti. (Yeni Azərb, Şərq, Ayna, Kaspi, Musavat, Azadlıq, Mərkəz)

Diskoqrafiya

Albomlar
TarixAdı
2000Gecə

2002
Sən Gedən Gündən

2003
Qəlbinə Yol

2004
Sənsiz

2009
Dəniz

2020
Melanxoliya

2020
Oxu

Videoqrafiya

Kliplər
TarixAdı
1999"Demirəm"
1999"Gecikməyin Sevməyə"
2000"Aləm Oyansın"
2001"Sən Gedən Gündən"
2002"Son Gecə"
2003"Sənsiz"
2003"Qəlbinə Yol"
2004"Səninlə"
2004"Azərbaycan"
2005"Ayrılığa Dözərəm"
2006"Gözümün Qarası"
2006"Xatırla Məni"
2007"Mənimsən"
2010"Unut Getsin"
2010"Nə Faydası"
2013"Sən Azərbaycanlısan"
2014"İki Doğma İnsan"
2017"Melancholia"
2017"Etiraf"
2019"Sevən tərəfdə mən"
2019"Oxu"
2020"Sönməyən Atəşim"
2020"İstərdim"
2020"Шуша Возвращается Домой"
2021"Sonuncu oyun"
2021"Şuşa"
2021"Şuşanın dağları"
2022"Ana"
2022"Bizimdir Həyat"
2023"Hava var"
2024"Sənlə mən"

Sinqllar

TarixMahnı adı
2016Çarəsiz
2017Melanxolia
2017Etiraf
2018Yenə gəl
2019Sevən tərəfdə mən
2019Oxu
2020İstərdim (Javid ilə duet)
2020Sönməyən Atəşim
2021Sonuncu oyun
2021Əziz dostum (Unudulmayanlar)
2021Zərif gülüşlüm (Unudulmayanlar)
2021Dalğalar (Unudulmayanlar)
2022Gedən sənsən
2022Sevgilim
2022Ana
2022Bizimdir həyat (Xəyyam Nisanov ilə duet)
2023Hava var
2023Megamix, Vol.1
2024Sənlə mən (Zamiq Hüseynov ilə duet)

Mükafatlar

Mükafatlar
TarixMükafatın Adı
1988"Bakı payızı — 88" müsabiqəsinin Laureatı
1989"Qızıl payız −89" müsabiqəsinin Laureatı
1989Fəxri Fərman — Polad Bülbüloğlu tərəfindən
1990"Odlar yurdu" müsabiqəsinin diplomantı
1997"Avrasiya " qəzetinin redaksiyası Respublika sarayında keçirilən tədbirdə fəal iştirakına və yüksək sənətkarlıq nümayiş etdirdiyinə görə diplom
1999Fəxri diplom — Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
1999"Qrand" mükafatı İlin Klipi " Demirəm"
2001"Qrand" mükafatı İlin mahnısı "Xatırla məni"
2002"Gizli Ulduz" mükafatı — Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən təltif edilib
2002"Humay-2001" mükafatı — sənətində nail olduğu uğura görə
2003Fəxri ad — Azərbaycanın Əməkdar artisti
2003"Humay-2002" mükafatı İlin Solo konserti
2005Fəxri fərman "Azəri star" musiqi müsabiqəsinin münsiflər heyətinin üzvü. Müsabiqədə göstərdiyi səylərə görə "Azəri star" təşkilat heyəti tərəfindən Fəxri Fərman ilə təltif olunur
2008Fəxri ad- Azərbaycanın Xalq artisti
2011"Grand" müstəqil ictimai mükafatı ilin ən yaxşısı mahnısı "Mənim deyilsən"
2013"Yaxşıların yaxşısı" −2012 Bakı şəhər Gənclər və İdman baş idarəsi tərəfindən ilin layihəsi " Sən və Mən"
2017Fəxri Fərman — YAP Pirallahi rayon təşkilatının heyətində fəal iştirakına görə təltif edilir
2017Diplom — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığına, ictimai fəallığına və əlamətdar yubileyinə görə
2021Fəxri Fərman "Mənim atam qəhrəmandır" devizi altında şəhid övladları ilə keçirilən tədbirlərdə fəal iştirakına görə təltif olunur.

İstinadlar

Xarici keçidlər