Çaylı döyüşü (2010)

Caylı döyüşü (2010)
(Çaylı toqquşması (2010) səhifəsindən istiqamətləndirilmişdir)

Çaylı toqquşması və ya Çaylı döyüşü — 18–19 iyun 2010-cu ildə Çaylı yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Qarabağ separatçıları arasında baş verən toqquşma.

Çaylı toqquşması
Qarabağ münaqişəsi
Tarix18–19 iyun 2010-cu il
YeriÇaylı, Tərtər rayonu
Münaqişə tərəfləri

 Azərbaycan

Qondarma Dağlıq Qarabağ Respublikası
 Ermənistan

Tərəflərin qüvvəsi

Mübariz İbrahimov

bilinmir

İtkilər

1 ölü[1]

4 ölü[2] və 4 yaralı[1]

Toqquşma qabağı vəziyyət

18 iyun 2010-cu ildə İlham Əliyev, Serj SarkisyanDmitri Medvedyevin iştirakçılığı ilə Rusiyada keçirilən üçtərəfli sülh danışıqları növbəti dəfə uğursuz bitdi. Sankt-Peterburq sülh danışıqlarından sonra İlham Əliyev Maliyyə forumunda iştirak etmədən Rusiyanı tərk edir. Toqquşmada Azərbaycan tərəfi erməni tərəfini, erməni tərəfi isə Azərbaycan tərəfini günahlandırır.

Döyüşdən sonraki vəziyyət

Döyüşdən sonra ATƏT-in Minsk Qrupu tərəfləri atəşkəsə və sakitləşməyə çağırır. ATƏT-in Minsk Qrupu sülh yolundan başqa münaqişənin həllini görmədiyini söyləyiblər. Eləcə də ATƏT bildiribki cəbhə xəttində monitorinqləri davam etdirəcək. İlham Əliyevin sərancamı ilə həlak olmuş Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.[3]

İstinadlar