İran prezidentlərinin siyahısı

İran prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı.

İran İslam Respublikasının Prezidenti
رئیس‌جمهور ایران

Vəzifədədir
İbrahim Rəisi

3 avqust 2021-ci ildən
Başçılıq edirİran
Müraciət formasıCənab Prezident
Rəsmi iqamətgahıSaadabad sarayı
Səlahiyyət müddəti4 il, iki dəfə
Vəzifənin təsis tarixi4 fevral 1980
Vəzifədə birinciƏbülhəsən Banisədr
Rəsmi saytıpresident.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İranda prezident 4 illiyə seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.

İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.

1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub:

İran prezidentləri

#PrezidentŞəkilPrezidentlik dövrü
1
Əbülhəsən Banisədr
04.02.1980 - 22.06.1981
2
Məhəmmədəli Rəcai
02.08.1981 - 30.08.1981
3
Seyyid Əli Xameneyi
13.10.1981 - 03.08.1989
4
Haşimi Rəfsəncani
03.08.1989 - 03.08.1997
5
Məhəmməd Hatəmi
03.08.1997 - 03.08.2005
6
Mahmud Əhmədinecad
03.08.2005 - 03.08.2013
7
Həsən Ruhani
03.08.2013 - 03.08.2021
8
İbrahim Rəisi
03.08.2021 - h.h