İtaliya himni

İtaliya himni — bayrağı və gerbi ilə birlikdə İtaliyanın əsas dövlət rəmzlərindən biridir. İtalyanca adı "Inno di Mameli" olaraq adlanır. Müəllifin adına görə himnin adı belə adlandırılmışdır. Himnin mətnini 1847-ci ilin payızında Qoffredo Mameli, musiqisini isə bir qədər sonra Mişel Novaro yazıb. “İtalyanların mahnısı” de-yure şəklində yalnız 15 noyabr 2017-ci ildə dövlət himni oldu.[1]

İtaliya himni
Təsdiqi1847
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Himnin digər variantları

1861-ci ildən 1946-cı ilə qədər İtaliya Krallığının himni Kral Yürüşü idi (İtalyanca: Marcia Reale d'Ordinanza). Lakin İtaliyada monarxiyanın ləğvi, həmçinin ölkənin faşist keçmişi ilə bağlı olması səbəbindən ləğv edildi. "İtaliya Qardaşları" 1946-cı ildən faktiki olaraq dövlət himninə çevrilib.[2] 1990-cı illərdə bu himnin başqa, daha uyğun olanı ilə əvəz edilməsi ilə bağlı müzakirələr gedirdi. Bu himn, bir qrup insanların fikrincə, Cüzeppe Verdinin musiqisinə verilmiş Va pensiero himni idi. Himni dəstəkləyənlər altmış illik tarixi olan himni dəyişdirməyin mənasız olduğunu müdafiə etdilər.[3]Referendumun nəticələrinə görə, Fratelli d’İtalia de-fakto İtaliyanın dövlət himni olaraq qalıb.2006-cı ildə İtaliya Senatının konstitusiya komissiyası Fratelli d'Italia-nın mətninin və musiqisinin dövlət himni kimi qəbul edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə etdi və elə həmin ildə İtaliya Konstitusiyasının 12-ci maddəsinə yeni bənd əlavə edilsin: “Respublikanın himni “İtaliya qardaşlarıdır”. [4]2012-ci ilin iyununda məktəblərdə “İtaliya Qardaşları” mətninin dövlət himni kimi tədris olunmasını tələb edən qanun layihəsi təsdiq edildi.[5]

İstinadlar