Şindlerin siyahısı

Şindlerin siyahısı (ing. Schindler's List) — Stiven Spilberqin rejissorluğu və Stiven Zaillyanın ssenaristliyi ilə çəkilmiş 1993-cü il istehsalı epik tarixi dram ABŞ filmi. Avstraliya yazıçısı Tomas Kenillinin "Şindlerin arkı" romanı əsasında çəkilmişdir. Film Sudet almanı olan Oskar Şindler adlı biznesmenin İkinci dünya müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə alaraq Holokostdan xilas etməsindən bəhs edir. Filmin əsas rollarında Liam Nison (Oskar Şindler), Relf Fayns (SS zabiti Amon Qöt) və Ben Kinqsli (Şindlerin yəhudi mühasibatçısı İtzhak Ştern) çıxış edirlər.

Şindlerin siyahısı
ing. Schindler's List
Filmin posteri.
Filmin posteri.
Janrmüharibə, bioqrafiya, dram
Əsas mövzuİkinci Dünya müharibəsi, Holokost, Məcburi əmək[4], Oskar Şindler[4]
RejissorStiven Spilberq
ProdüserlərStiven Spilberq, Cerald Molen, Branko Lustiq
İcraçı prodüserKetlin Kennedi[d]
Əsərin müəllifiTomas Kenillinin "Şindlerin arkı" əsəri əsasında
Ssenari müəllifiStiven Zaillyan
Baş rollardaLiam Nison, Ben Kinqsli, Reyf Fayns, Kerolayn Qudoll, Conatan Seqal, Embet Devidts
OperatorYanuş Kaminski
BəstəkarCon Vilyams
İstehsalçılarAmblin Entertainment
Distribütor:
Universal Pictures
DistribütorUniversal Pictures, Netflix
İlk baxış tarixi30 noyabr 1993 (Vaşinqton)
15 dekabr 1993 (ABŞ)
Müddət195 dəq.[1]
Büdcə22 milyon $[2]
Gəlir322,1 milyon $[3]
ÖlkələrABŞ ABŞ
Dilingilis
Rəngağ-qara
Çəkiliş yeriKrakov
IMDbID0108052
MükafatlarıƏn yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şindler yəhudiləri haqqında film ideyası ilk dəfə 1963-cü ildə peyda olmuşdur. Şindler yəhudilərdən biri olan Poldek Pfefferberq Şindlerin hekayəsini işıqlandırmağı öz missiyası kimi təyin etmişdi. Spilberq müdiri Sidney Şeynberqin ona "Şindlerin arkı" kitabının tənqidini göndərməsindən sonra layihə ilə maraqlanmağa başlamışdır. Universal Pictures romanın müəlliflik hüquqlarını almış, lakin Spilberq Holokost haqqında film çəkməyə hazır olduğuna əmin olmadığına görə özü filmin rejissoru olmağa qərar verməzdən öncə bir neçə şəxsə filmin rejissoru olmağı təklif etmişdir.

Əsas çəkilişlər Polşanın Krakov şəhərində başlamış, 72 gün davam etmiş və 1993-cü ildə başa çatmışdır. Spilberq filmə sənədli film kimi yanaşdığından onu ağ-qara çəkmişdir. Kinematoqraf Yanuş Kaminski filmə vaxtsızlıq hissi vermək istəmişdir. Con Vilyams filmin musiqisini bəstələmiş, skripkaçı İtzhak Perlman isə filmin əsas musiqisini ifa etmişdir.

"Şindlerin siyahısı" filminin premyerası 30 noyabr 1993-cü ildə Vaşinqton şəhərində baş tutmuşdur və 15 dekabr 1993-cü ildə ABŞ-də buraxılmışdır. Tez-tez bütün dövrlərin ən yaxşı filmləri arasında göstərilən[5][6][7][8] film 22 milyon ABŞ dolları olan büdcəsinə qarşılıq 322 milyon ABŞ dolları gəlir əldə etmişdir. Film Ən yaxşı film, Ən yaxşı rejissor, Ən yaxşı adaptasiya olunmuş ssenari və Ən yaxşı orijinal musiqi nominasiyaları daxil olmaqla 7 Oskar mükafatına (12 nominasiyadan) və bir çox mükafatlara (7 BAFTA və 3 Qızıl qlobus mükafatı daxil olmaqla) layiq görülmüşdür. 2007-ci ildə ABŞ Film İnstitutu filmi bütün dövrlərin ən yaxşı 100 ABŞ filmi siyahısında 8-ci yerdə göstərmişdir. Konqres Kitabxanası 2004-cü ildə filmin ABŞ Milli Film Arxivində saxlanması barədə qərar qəbul etmişdir.

Rollarda

Liam Nison Oskar Şindler rolu üçün seçilmişdi.
  • Liam Nison Oskar Şindler rolunda
  • Ben Kinqsli İtzhak Ştern rolunda
  • Relf Fayns Amon Qöt rolunda
  • Kerolayn Qudoll Emili Şindler rolunda
  • Conatan Seqale Poldek Pfefferberq rolunda
  • Embet Devidts Helen Hirş rolunda
  • Malqorzata Qebel Viktoriya Klonovska rolunda
  • Mark İvanir Marsel Qoldberq rolunda
  • Beatriçe Makola İnqrid rolunda
  • Andrey Severin Yulian Şerner rolunda
  • Friedrix fon Tyun Rolf Kzurda rolunda
  • Yeji Novak investisiyaçı rolunda
  • Norbert Vaysser Albert Huyar rolunda
  • Anna Muça Danka Dresner rolunda
  • Adi Nitzan Mila Pfefferberq rolunda
  • Pyotr Polk Leo Rosner rolunda
  • Rami Heuberqer İosif Bau rolunda
  • Ezra Daqan Rabbi Menasha Levartov rolunda
  • Elina Lövenson Diana Reyter rolunda
  • Hans-Yörq Assmann Yulius Madritş rolunda
  • Hans-Mixael Reberq Rudolf Höss rolunda
  • Daniel Del Ponte Yozef Menqele rolunda
  • Avqust Şmölzer Dieter Rayder rolunda
  • Luser Pistor Yozef Leypold[a]
  • Oliviya Dąbrovska Qırmızı qız rolunda

Qeydlər

İstinadlar

Mənbələr

Xarici keçidlər