Əl-Əyn

Birləşmiş Ərəb Əmirliklərinin dördüncü ən böyük şəhəri

Əl-Əyn (ərəb. العين‎ "bulaq"[1]) — Birləşmiş Ərəb Əmirliklərinin dördüncü ən böyük şəhəri (Dubay, Əbu-DabiŞarjadan sonra).[2] Əl Əyn Əmirliyin ən böyük daxili şəhəri və Əbu-Dabi Əmirliyində ikinci ən böyük şəhərdir.[2] Əl-Ayn, Əbu-Dabi və Dubayı birləşdirən magistral yollar ölkədə coğrafi üçbucaq təşkil edir, hər bir şəhər digər ikisindən təxminən 130 kilometr (81 mil) məsafədə yerləşir.

Əl-Əyn
العينع8عصث نعي
Bayraq
Bayraq
24°12′27″ şm. e. 55°44′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 13.100 km²
Mərkəzin hündürlüyü292 m
İqlimiquraq iqlim
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 766.936 nəf. (2017)
Rəsmi dili
Digər
dmt.gov.ae/aam
Əl-Əyn xəritədə
Əl-Əyn
Əl-Əyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bununla belə, Əl-Ayn və Əl-Buraimi bölgəsi,[3] ümumilikdə Tavam və ya Əl-Buraimi vahəsi[4] mədəni və tarixi əhəmiyyətə malikdir.[5] Məsələn, bölgə Raşidi xilafəti, Əməvilər xilafətiAbbasilər xilafəti dövrlərində Dibba və Ras Əl-Xayma kimi İslam tarixinə aid hadisələrin şahidi olub.[6] Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın həyatının çox hissəsini (ən azı 1927-ci ildən, 1966-cı ildə Əbu-Dabi Əmirliyinin hökmdarı olana qədər) keçirdiyi yer bura olub. Onun Əbu-Dabidə doğulduğu qəbul edilsə də,[3][7][8] bəzi tədqiqatçılar onun Əl-Əyndə anadan olduğunu iddia edirlər.[9][10] Əl-Ayn həm də ölkənin ən qədim məscidi Şeyx Xəlifə məscidinin yerləşdiyi yerdir.[11][12]

Tarixi

Əbu-Dabi əmirliyində, ölkənin paytaxtından 148 km şərqdə, Omanla sərhəddə, Buraymi vahəsi ərazisində yerləşir. Əl-Əyn BƏƏ-nin dənizdən uzaqda yerləşən yeganə böyük şəhəridir. Şəhərə bəzən "Bağlar şəhəri" də deyirlər. Çünki yaşıllığına görə, xüsusən də şəhər vahələri ilə zəngindir. Buna görə buda parklar, ağaclarla örtülmüş prospektlər və dekorativ dairələr vardır. Şəhərdə yeni tikilən binaların yeddi mərtəbədən çox olmamasına ciddi nəzarət edilir. Əl-Əyn və Əl-Hasa ətrafındakı vahə Ərəbistan yarımadasındakı ən əhəmiyyətlisidir.[13][14][1]

2005-ci ildə şəhərin əhalisi 422 min nəfər idi. Şəhər BƏƏ-də 4-cü, Əbu-Dabi əmirliyində isə 2-cidir. 2017-ci ildə əhalinin siyahıyaalınmasına görə şəhərdə 766,936 nəfər yaşayırdı.

Şəhər müasir avtomobil yolları ilə Əbu Dabi və Dubay şəhərləri ilə birləşir. Beynəlxalq hava limanı var.

Ölkənin ilk prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan Əl-Ayn şəhərində anadan olub.

Şəhərdə universitet fəaliyyət göstərir. Əl-Ayn BƏƏ-nin əsas federal universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecinin iki kampusuna ev sahibliyi edir — Əl-Əyn Kişi Kolleci və Əl-Əyn Qadın Kolleci. Əl-Əyn eyni zamanda "Etihad Airways"in kursant pilot təlim mərkəzi olan "Horizon International" uçuş akademiyasının yerləşdiyi yerdir. Özəl ali təhsil müəssisələrinə Əl Əyn Universiteti və Əbu-Dabi Universitetinin kampusu daxildir. Əl-Əyndə, həmçinin Əbu-Dabi Təhsil və Bilik Departamentinin, Əbu-Dabinin təhsil orqanının şərq zonası qərargahı yerləşir.[15][16]

Şəhərin görməli yerləri arasında zoopark (BƏƏ-nin ən böyüyü), "Hili Fun City" əyləncə parkı, tarixi muzeylər, qalalar, çoxsaylı parklar, bağlar və istirahət zonaları, o cümlədən Cəbəl Hafit dağı var. 1 km-dən çox hündürlükdə müşahidə məntəqələrinin yerləşdiyi ərazilər salınmışdır. Dağın ətəyində mineral su bulaqları var.

"Əl Əyn" Futbol Klubu dəfələrlə BƏƏ çempionu və 2003-cü ildə Asiya Çempionlar Liqasının qalibi olub.

İqtisadiyyatı

Əl Əyn Sement Zavodu, Cəbəl Hafitin qərb silsiləsinin təpələri arasında

Əl-Əyn Omana qədər uzanan geniş bir ərazi üçün mühüm xidmət mərkəzidir. Şəhərdə üç böyük ticarət mərkəzi var: Əl Əyn Moll, Əl Cimi Moll, Əl Hili Moll və Əl Bavadi Moll (2009-cu ildə Əl Xrair ərazisində açılıb).[17] Həmçinin şəhərdə meyvə-tərəvəz və mal-qara üçün də ənənəvi bazarlar var. İri ticarət mağazalarından biri də IKEA dükanı və Zayed İbn Sultan küçəsindəki Bavadi Moll yaxınlığında, Mezyada gedən yolda mövcuddur.[18] Sənaye inkişaf edir, lakin hələ də kiçik miqyasdadır. Sənaye əsasən Coca-Cola qablaşdırma zavodunu və Əl Əyn Portland Sement Zavodunu əhatə edir. Əl-Əyndəki su keyfiyyətlidir. Avtomobil satışı, mexanika və digər sənaye məhsullarə kimi xidmət sahələri Sanaiya və Pattan Market kimi tanınan ərazidə yerləşir. Sosial və dövlət infrastrukturuna Ali Texnologiya Kollecləri, Tavamdakı tədris xəstəxanası, Əl-Əyn Beynəlxalq Hava Limanı və hərbi təlim sahələri daxil olmaqla yaxşı təchiz olunmuş tibb müəssisələri daxildir.[19] Əl-Əyn həmçinin dünyanın ən böyük xurma emalı və marketinq şirkəti olan "Al Foah Company MMC"-nin mərkəzi ofisinə ev sahibliyi edir. Bu yer həm də Əl Əyndən bir qədər kənarda yerləşən Əl Əyn Süd Fermerliyi ilə də məşhurdur.

Əhalisi

Əl-Əynin 766,936 min(2017-ci ilə kimi) nəfər əhalisi var.[20] Əhalinin əksəriyyətini, xüsusən də Hindistan yarımadasından olan əcnəbilər təşkil etsə də, şəhər ölkədə Əmirlik vətəndaşlarının ən yüksək nisbətinə (30,8%) malikdir. Bir çox insan BanqladeşPakistandandır. BƏƏ-də təxminən 23.000 əfqanın çoxu bu şəhərdə yaşayır və onların əksəriyyəti Əfqanıstanın Xost vilayətindəndir.[21]

Arxeoloji qazıntılar və tarixi

Dəmir dövrünə aid xəncər, eramızdan əvvəl 1000-ci ilə aid, Qəttara vahəsi, Əl-Ayn. Luvr Əbu-Dabi Muzeyində nümayiş etdirilir, Əl Əyn Muzeyindən icarəyə götürülür

Tarixi əhəmiyyət kəsb edən Qərbi Həcər bölgəsinin bir hissəsi olan Əl-Əyn və ya Təvam[22][23] ərazisi təxminən 8000 ildir məskunlaşmış yerdir. Arxeoloji ərazilərdə Əl-Rumallah, Hili və Jabel Hafet kimi yerlərdə insan məskənləri aşkar edilib. Bu ərazidə olan erkən mədəniyyətlər ölüləri üçün "arı pətəyi" qəbirləri tikir və ərazidə ovçuluq və yığıcılıqla məşğul olurdular. Vahələr müasir dövrə qədər erkən təsərrüfatları su ilə təmin edirdi. 1950-ci illərdə Şeyx Zayed ərazidə məzarları kəşf etdi və bunu Danimarka qrupunun diqqətinə çatdırdı. Nəticədə 1959-cu ildə məzarlarda qazıntı işləri aparıldı. 1971-ci ildə bu ərazidən tapılan arxeoloji materialların saxlanılması üçün Əl Əyn Muzeyi tikildi.[24][25] 2000-ci illərdə Əbu-Dabi Mədəniyyət və İrs İdarəsi onun YUNESKO tərəfindən [[Ümumdünya İrsi| Dünya Mədəniyyət Mirasları siyahısı ]na salınması üçün müraciət etdi. 2011-ci ildə Əl-Ayn BƏƏ-də YUNESKO tərəfindən tanınan ilk Dünya Mədəniyyət Mirası abidəsi oldu.[26]

9 sentyabr 2018-ci ildə arxeoloqlar Əl-Əyn şəhərinin ərazisində BƏƏ-nin ən qədim məscidlərindən birinin xarabalıqlarını aşkar ediblər. Arxeoloji tapıntı BƏƏ-nin ikinci prezidenti və Əbu Dabi Əmiri Şeyx Xəlifə ibn Zayed Əl Nəhayanın inşası davam edən məscidin yaxınlığında aşkar olunub. Yalnız bünövrəsinin salamat qaldığı tikilinin yaşı min ildən artıqdır.

Qalareya

İstinadlar

Ədəbiyyat

  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4.

Xarici keçidlər