IKEA

İsveç mərkəzli mebel və ev dekor mağazaları şəbəkəsi

IKEA — evlər və ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan İsveç şirkətidir. 17 yaşındakı Ingvar Kamprad tərəfindən 1943-cü ildə İsveçdə qurulan IKEA, 2008-ci ildən bəri dünyanın ən böyük mebel satıcısıdır[2].

İkea
IKEA
Ikea logo
Ümumi məlumatlar
TipiÖzəl şirkət
Sənayeİstehsalat, dizayn, pərakəndə
Məhsullarıməişət texnikası
Təsis tarixi28 iyul 1943 (80 il əvvəl) (1943-07-28)
Baş qərargahın yeriDelft, Hollandiya
İqtisadi göstəriciləri
Birjada listinqi- (*Şirkət heç bir birjada list olunmayıb)
Ümumi kapital
  • 23.001.000.000 €[1]
Ümumi aktivlər
  • 23.001.000.000 € (2023)[1]
Ümumi gəliri 20 Milyard US$ (2015)
Xalis mənfəəti
  • 1.639.000.000 € (2023)[1]
Əməliyyat mənfəəti
  • 2.246.000.000 € (2023)[1]
Struktur
İşçi sayı211 000 (2019)
Rəhbərlik
Təsisçiİnqvar Kamprad
ikea.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İkea mağazaları olan ölkələrin xəritəsi:
  İkea mağazaların olduğu ölkələr
  İkea mağazaların açılması planlaşdırılan ölkələr
  Əvvəllər İkea mağazaları olan ölkələr
  Mövcud və ya planlaşdırılan İkea mağazaları yox

Bloomberq milyarderlər indeksinin məlumatlarına əsasən İngvar Kamprad 58.7 mlrd dollar sərvəti ilə dünyada ən zəngin 8-ci adam idi (2018 Yanvar)[3]

Tarixi

İKEA adı bir akronim olub təsisçinin adı (İnqvar Kamprad), onun doğulduğu fermanın(Elmtarid) və yaxınlıqdakı kiçik kəndin(Aqunnyarid)adından götürülüb [4]

1943-cü ildə İnqvar Kamprad poçt sifarişi ilə satış biznesi olaraq IKEA-nı qurdu və beş ildən sonra mebel satmağa başladı.[5] İlk mağaza 1958-ci ildə Smoland əyalətinin Elmhult şəhərində Möbel-IKÉA (Möbel isveçcə "mebel" deməkdir) adı ilə açılmışdır. İsveçdən kənarda ilk mağazalar Norveçdə (1963) və Danimarkada (1969) açılmışdır.[6] Mağazalar 1970-ci illərdə Avropanın digər hissələrinə yayıldı, ilk mağaza Skandinaviyadan kənarda İsveçrədə (1973), ardınca Qərbi Almaniyada (1974) açıldı.

İstinadlar