2020 Avroviziya Mahnı Müsabiqəsi

2020 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2020; fr. Concours Eurovision de la chanson 2020) — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi olmalı idi. Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Niderlandın Rotterdam şəhərində, Rotterdam Ahoy kompleksində "Open Up" (azərb. Açılış‎) şüarı altında keçirilməli idi. 1958, 1970, 19761980-ci ildən sonra bu Niderlandda keçirilən beşinci Avroviziya müsabiqəsi olmalı idi. Müsabiqəyə Şantal Cansen, Edsiliya Rombli və Can Smit aparıcılıq etməli idi.

2020 Avroviziya Mahnı Müsabiqəsi
"Open Up"
"azərb. Açılış‎"
I yarımfinal12 may 2020 ( ləğv edildi )
II yarımfinal14 may 2020 ( ləğv edildi )
Final16 may 2020 ( ləğv edildi )
Aparıcı(lar)Şantal Cansen
Edsiliya Rombli
Can Smit
DirektorYon Ola Sand
KanalNiderland AVROTROS
Niderland NPO
Niderland NOS
Keçirilən yerRotterdam Ahoy, Rotterdam, Niderland
Seçki sistemi50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı41
İlk dəfə iştirak edən ölkələrOlmayıb
Yenidən iştirak edən ölkələrBolqarıstan Bolqarıstan
Ukrayna Ukrayna
İştirakdan imtina edən ölkələrMacarıstan Macarıstan
Monteneqro Monteneqro
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2019        2021 ►

13 noyabr 2019-cu il tarixdə Avropa Yayım İttifaqı Avroviziya 2020-də 41 ölkənin iştirak edəcəyini təsdiqləmişdir.[1] 2019-cu ildə keçirdiyi milli seçim turunda baş verən qalmaqalın ardınca müsabiqədən son anda çıxmaq məcburiyyətində qalan Ukrayna və maliyyə problemləri səbəbindən müsabiqədə iştirakdan imtina edən Bolqarıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönəcək. Ötən il Avroviziyada iştirak edən MacarıstanMonteneqro isə 2020-ci ildə müsabiqəyə qatılmayacaq. Avroviziya 2020 Yon Ola Sandın direktorluq etdiyi son müsabiqə olacaqdı. Müsabiqə COVID-19 koronavirus pandemiyası səbəbi ilə ləğv olundu.

Keçirildiyi yer

Rotterdam Ahoy

Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə üçün hazırlıqlar qalibiyyətin yaşandığı gecə etibarı ilə başlanmışdır. Müsabiqə 1950-ci ildə tikilmiş və 2018-ci ildəki yenidən təmiredilmə prosesindən sonra 16,500 nəfəri qəbul edə biləcək olan Rotterdam Ahoy kompleksində keçiriləcək. Niderlandınn Rotterdam şəhərində yerləşən kompleks bir çox beynəlxalq hadisələrə ev sahibliyi etmişdir.

Tender mərhələsi

Niderlandın baş naziri Mark Ruttenin söylədiyinə görə Niderlandın Avroviziya 2019-dakı qələbəsindən bir neçə saat sonra bir çox şəhər merləri müsabiqəyə ev sahibliyi etmək üçün öz namizədliklərini irəli sürmüşdürlər.[2]

AVROTROS və NPO telekanalları 29 may tarixində müsabiqəyə ev sahibliyi edəcək şəhərin seçilməsi üçün təkliflər prosesini başlatmışdır. İlkin mərhələdə qaydalar çərçivəsində doqquz şəhər (Amsterdam, Arnem, Breda, Haaqa, Hertoqenbos, Leuvarden, Maastrixt, Rotterdam və Utrext) öz namizədliyini irəli sürmüşdür.[3][4] 12 iyunda namizəd şəhərlərə müsabiqənin keçiriləcəyi məkan üçün tələb olunan meyarlar təqdim olunmuşdur.

Bu doqquz namizəd şəhərdən 10 iyuladək ev sahibliyi üçün lazım olan bacarıqlarını nümayiş etdirmiləri üçün namizədlik kitabçaları hazırlamaları tələb olunmuşdur. Lakin bunun ardınca paytaxt Amsterdam müsabiqənin keçiriləcəyi müddət ərzində nəzərdə tutulmuş arenada digər mərasimlərin baş tutacağını nəzərə alaraq, namizədlik təklifini geri çəkmişdir.[5] Eyni zamanda Bredanın maliyyə çətinlikləri ilə bağlı olaraq, Leuvarden və Haaqanın isə nəzərdə tutduqları arenaların müsabiqəyə uyğun olmadıqları üçün namizədlikləri qüvvədən düşmüşdür.[6][7][8] Haaqa meri Rotterdam şəhərinə dəstək olduğunu bildirmişdir.[8]

10 iyulda geriyə qalan beş namizəd şəhər (Arnem, Hertoqenbos, Maastrixt, Rotterdam və Utrext) Hilversum şəhərində baş tutan mərasimdə öz namizədlik kitabçalarını təqdim etmişdirlər.[9] AVROTROS və NPO təklifləri incələdikdən sonra 16 iyulda Arnem, Hertoqenbos və Utrexti namizədlər siyahısından çıxararaq, Maastrixt və Rotterdamı əsas namizədlər olaraq elan etmişdirlər.[10] 30 avqust tarixində NPO 1 və AYİ Rotterdamın 2020 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləmişdir.

ŞəhərArenaTutumQeyd
ArnemGelreDome34,000UEFA Avro 2000-yə ev sahibliyi edib.
HertoqenbosBrabanthallen 's-Hertogenbosch11,000
MaastrixtMECC Maastricht20,000
RotterdamAhoy Rotterdam15,8182007 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə, 2000, 2001 və 2003-cü illərdə isə Niderlandın Avroviziya seçim turlarına ev sahibliyi edib. . 1997 və 2016 MTV Avropa Musiqi mükafatları mərasimləri bu məkanda keçirilib.
UtrextJaarbeurs11,0001974 və 1975-ci illərdə Niderlandın Avroviziya seçim turları burada keçirilib.

İştirakçı ölkələr

41 ölkənin iştirak etdiyi Avroviziya 2020 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Niderland müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanacaqlar.

1-ci yarımfinal

12 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Almaniya, İtaliya və Niderland səsvermədə iştirak edəcək.

Ölkə[1]DilMüğənniMahnıTərcümə
İlk hissə
AvstraliyaİngiliscəMontenDon't Break MeMəni qırma
BelarusBelaruscaVALDa VidnaSübhədək
İrlandiyaİngiliscəLesli RoyStory Of My LifeMənim həyat hekayəm
İsveçİngiliscəThe MamasMoveHərəkət
LitvaİngiliscəThe RoopOn FireAlov üstündə
Rusiyaİngiliscə,İspancaLittle BigUnoBir
SloveniyaSlovencəAna SokliçVodaSu
Şimali MakedoniyaİngiliscəVasilYou Sən
İkinci hissə
Azərbaycanİngiliscə, YaponcaSamira ƏfəndiCleopatraKleopatra
BelçikaİngiliscəHuverfonikRelease Me Məni burax
İsrailİngiliscə, İvritcə, Ərəbcə, AmharcaEden AleneFeker Libi Mənim sevgim
KiprİngiliscəSandroRunning Qaçış
MaltaİngiliscəDestini ÇukunyereAll Of My Love Bütün sevgim
NorveçİngiliscəUlrikke BrandstorpAttention Diqqət
RumıniyaİngiliscəRoksenAlcohol YouAlkoqol sən
UkraynaUkraynacaGo_ASoloveyBülbül
XorvatiyaXorvatcaDamir KedzoDivlji vjetreVəhşi küləklər

2-ci yarımfinal

14 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və İspaniya səsvermədə iştirak edəcək.

Ölkə[1]DilMüğənniMahnıTərcümə
İlk hissə
AvstriyaİngiliscəVinsent BuenoAliveSağ
ÇexiyaİngiliscəBenni KristoKemamaYaxşı, ana
EstoniyaİngiliscəUku SuvisteWhat Love IsSevgi nədir
İslandiyaİngiliscəDadi & GagnamagnidThink About ThingsBirşeyləri düşün
MoldovaİngiliscəNataliya Qordienko PrisonHəbsxana
PolşaİngiliscəAlisya ŞemplinskaEmpiresİmperiyalar
San-MarinoİngiliscəSenitFreaky!Çılğın!
SerbiyaSerbcə, İngiliscə, İspancaHurricaneHasta la vistaGörüşənədək
YunanıstanİngiliscəStefaniaSuperg!rlSuper qız
İkinci yarı
AlbaniyaİngiliscəArilena Ara"Fall from the sky"Səmadan düşüş
BolqarıstanİngiliscəViktoriyaTears Getting SoberGözyaşları ayılır
DanimarkaİngiliscəBen & TanYes
ErmənistanİngiliscəAtena ManukyanChains On YouÜstündəki zəncirlər
FinlandiyaİngiliscəAksel KankaanrantaLooking BackGeriyə baxmaq
Gürcüstanİngiliscə, Fransızca, İtalyanca, İspanca, AlmancaTornike KipianiTake Me As I AmMəni olduğu kimi qəbul et
İsveçrəFransızcaQyonz TirzRépondez-moiMənə cavab ver
LatviyaİngiliscəSamanta TinaStill breathingHələ də nəfəs alıram
PortuqaliyaPortuqalcaElisaMedo de sentirHiss etməkdən qorxan

Final

SıraÖlkəDilMüğənniMahnıTərcümə
AlmaniyaİngiliscəBen DoliçViolent ThingZorakı bir şey
Böyük BritaniyaİngiliscəCeyms NyumenMy Last BreathSon nəfəsim
Fransaİngiliscə, FransızcaTom LibThe Best In Meİçimdəki ən yaxşısı
İspaniyaİspancaBlez KantoUniversoKainat
İtaliyaİtalyancaDiodatoFai RumoreSəs-küy sal
23 Niderland (ev sahibi-ölkə)İngiliscəCinqu MakruyGrowBöyü

Digər ölkələr

Aşağıda adları göstərilən ölkələrin fərqli səbəblərə görə Avroviziya 2020-də iştirak etməyəcəkləri təsdiqlənmişdir.

Avropa Yayım İttifaqına üzv ölkələr

  • Andorra – 2019-cu ilin mart ayında Andorranın RTVA telekanalı gələcək illərdə Avroviziyada iştirak edə bilmək üçün Kataloniyanın TV3 kanalı ilə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişdir. Daha öncə iki telekanalın əməkdaşlığı nəticəsində Andorra 2004-cü ildə Avroviziyada debüt etmişdir.[11] 22 may tarixində RTVA Andorranın Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir.[12] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina – 28 dekabr 2018-ci il tarixində Bosniya və Herseqovinanın BHRT telekanalının nümayəndə heyətinin rəhbəri Leyla Baboviç müsabiqəyə geri qayıtmaq telekanalın hal-hazırkı əsas hədəfi olduğunu söyləmişdir. Lakin ciddi maliyyə problemləri və Avropa Yayım İttifaqına olan böyük miqdarda borc bunu çox çətinləşdirir. 2019-cu ilin iyul ayında AYİ-nin sanksiyalarının nəticəsi olaraq Bosniya və Herseqovinanın Avroviziya 2020-də iştirak edə bilməyəcəyi təsdiqlənmişdir.[13] Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
  • Lüksemburq1993-cü ildən bəri müsabiqədə iştirak etməməsinə baxmayaraq, ölkədə ildən ilə artan fanat kütləsi Lüksemburqun Avroviziyaya geri dönməsi üçün petitisiya hazırlayaraq RTL telekanalına və Lüksemburqun deputatlar palatasına göndərmişdirlər. Eyni zamanda 1973-cü ildə Lüksemburqa Avroviziya qələbəsini yaşadan Ann-Mari David də ölkəni müsabiqəyə geri dönməyə səsləmişdir.[14] Lakin RTL telekanalı 23 iyul tarixindəki açıqlamasında Lüksemburqun Avroviziya 2020-də iştirakı telekanalın büdcəsinə zərər vura biləcəyini açıqlamış və eyni zamanda telekanalda hal-hazırda əyləncə proqramlarına geniş yer ayrılmadığı vurğulanmışdır.[15] Lüksemburq Avroviziyada son dəfə 1993-cü ildə İrlandiyada keçirilən müsabiqədə iştirak etmiş və nəticədə 20-ci yeri tutmuşdur.
  • Macarıstan – 2019-cu ilin oktyabr ayında Macarıstanın MTVA telekanalı adəti üzrə Avroviziya üçün seçim turu kimi keçirilən A Dal mahnı yarışmasının 2020-ci ildə Avroviziya üçün deyil, sırf Macarıstan estradasına töhfə vermək üçün istifadə olunacağını bəyan etmişdir.[16] 13 noyabrda AYİ Macarıstanın Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir. Bir müddət sonra Avropanın müxtəlif xəbər saytlarında ölkənin 2020-ci ildə müsabiqədən ayrılmasına əsas səbəb kimi LGBT nümayəndələrinin müsabiqədə təmsil olunması göstərilsə də, Macarıstanın MTVA telekanalı və eyni zamanda bir neçə dövlət siyasətçisi yayılan xəbəri cəfəngiyyat adlandırmışdır.[17]
  • Monako – 6 avqust 2019-cu il tarixdə Monakonun TMC kanalı ölkənin 2020-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır.[18] Monako Avroviziyada son dəfə 2006-cı ildə Afinada keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Monteneqro - Monteneqronun RTCG telekanalı Avroviziya 2020-də ilkin iştirakını təsdiqləmiş olsa da, 8 noyabr 2019-cu il tarixdə telekanalın maliyyə problemləri səbəbindən Avroviziya 2020-də iştirak edə bilməyəcəyi xəbəri yayılmışdır.[19] Bunun ardınca RTCG telekanalının direktoru Bojidar Şundiç iştirak ilə bağlı son qərarın verilmədiyini bəyan etmişdir.[20] 13 noyabrda AYİ Monteneqronun Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir.
  • Slovakiya – 5 iyun 2019-cu il tarixdə Slovakiyanın RTVS telekanalı maliyyə problemləri və ölkədə yarışmaya olan marağın az olması səbəbindən Slovakiyanın Avroviziya 2020-də iştirak etməyəcəyini açıqlamışdır.[21] Slovakiya Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə – 2018-ci ilin avqust ayında TRT telekanalının baş direktoru İbrahim Eren Avroviziya ilə bağlı açıqlamasında telekanalın onların milli dəyərlərinə uyğun olmayan bir proqramı yayımlaya bilməcəyini açıqlamışdır.[22] 2019-cu ilin sentyabr ayında AYİ Türkiyənin Avroviziyada iştirak üçün namizədliyini irəli sürmədiyini təsdiqləmişdir.[23] Türkiyə Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.

Avropa Yayım İttifaqına üzv olmayan ölkələr

  • Kosovo – Müstəqilliyi bir neçə Avropa ölkəsi (Serbiya, Bosniya və Herseqovina, İspaniya, Yunanıstan, Rusiya, Ukrayna, Azərbaycan və s.) tərəfindən hələ də tam olaraq tanınmayan Kosovonun RTK telekanalının baş direktoru Mentor Şala telekanalın Avropa Yayım İttifaqına üzv qəbul olunması üçün çalışmaların davam etdiyini bildirmişdir.[24] 2019-cu ilin iyun ayında Kosovonun AYİ-nə üzv qəbul olunması üçün keçirilən səsvermədə Kosovo növbəti dəfə quruma üzv seçilə bilməmişdir.
  • Qazaxıstan – 22 noyabr 2018-ci il tarixində müsabiqənin direktoru Yon Ola Sand Qazaxıstanın Avroviziyada iştirakının rəyasət heyəti tərəfindən müzakirə olunacağını bildirmişdir.[25] Daha öncə Qazaxıstanın 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməsinə razılıq verilmiş olsa da, lakin bunun əsas müsabiqədəki iştiraka bir təsiri olmamışdır.[26] 2019-cu ilin sentyabr ayında Avropa Yayım İttifaqı 2020-ci ildə də Qazaxıstanı Avroviziyaya dəvət etmək planının olmadığını təsdiqləmişdir.[27]

İstinadlar

Xarici keçidlər