Aktivləşmə enerjisi

Aktivləşmə enerjisi — kimyəvi reaksiya zamanı toqquşan molekulların malik olduqları enerjiyə deyilir. Əksər kimyəvi reaksiyaların sürəti temperatur artdıqca artır. XIX əsrin 80-ci illlərin əvvəlində Hollandiya fiziki və kimyaçısı Yakob Vant-Hoff göstərdi ki, əksər kimyəvi reaksiyaların sürəti hər 10 °C qaldırdıqda 2–4 dəfə artır.[1]

Arreniusun təklifi

1889-cu ildə İsveç alimi Svante Arrenius bir çox kimyaçıların o zaman aldığı nəticələri ümumiləşdirərək reaksiyanın sürət sabitinin temperaturdan asılılığını təklif etdi:

Burada K — sürət sabiti; A – hər bir reaksiya üçün xarakterik olan sabit əmsal; R — universial qaz sabiti; T – mütləq şkalada temperatur (mütləq temperatur); E4- Arrenius tərəfindən aktivləşmə enerjisi adlandırılan və hər bir reaksiya üçün xarakterik olan enerjidir.[1]

Arrenius fərz edirdi ki, toqquşma zamanı bütün molekullar reaksiyaya girmir, yalnız verilmiş temperaturda lazımi miqdarda enerjiyə malik molekullar reaksiyaya girir. Bu enerji aktivləşmə enerjisi adlanır və C/mol ilə ölçülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər çox molekul bu enerjiyə malik olur və reaksiyaya girmək qabiliyyəti müvafiq olaraq yüksək olur.

Ea-nın qiyməti nə qədər az olarsa, verilmiş temperaturda bir o qədər çox molekul reaksiyaya girir, Ea=0 olduqda hər bir toqquşma reaksiyaya səbəb olur; bu halda reaksiyanın sürəti vahid həcmdə vahid zamanda toqquşmaların sayına bərabərdir.[1]

İstinadlar