Alaqurşaq

Alaqurşaq, AlaqurşaqlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd.[2]

Alaqurşaq
39°14′52″ şm. e. 46°43′49″ ş. u.
Ölkə Azərbaycan
RayonQubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi95[1] nəfər (2008)
Xəritəni göstər/gizlə
Alaqurşaq xəritədə
Alaqurşaq
Alaqurşaq

Etimologiyası

Yaşayış məntəqəsi şotlanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahədə salınmışdır. Oykonim ala (rəng) və qurşaq (kəmər, zolaq) sözlərindən düzəlib, "ala rəngli zolaqda olan kənd" deməkdir.[3]

Tarixi

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Alaqurşaq kəndi mahalın bir hissəsi olmuşdur.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Alaqurşaq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[5]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası

Alaqurşaq kəndi Həkəri çayının sahilindədir.[3]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[7] 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Alaqurşaq kəndində 80 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 339 nəfər (195 nəfəri kişilər, 144 nəfəri qadınlar) əhali yaşayırdı.[8]

İstinadlar

Xarici keçidlər