Əhali

ƏhaliYer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu.

Yer üzərində cəmiyyətin yayılışı 2018
tövzih

Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür.

1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir.

Dünyanın əhalicə ən böyük ölkələri

2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr:[1]

ÖlkəƏhalisiArtım
1Çin1,432,663,275+ 0,5%
2Hindistan1,326,801,576+ 1,2%
3ABŞ324,118,787+ 0,7%
4İndoneziya260,581,100+ 1,2%
5Braziliya209,567,920+ 0,8%
6Pakistan192,826,502+ 2,1%
7Nigeriya186,987,563+ 2,6%
8Banqladeş162,910,864+ 1,2%
9Rusiya143,439,8320.0%
10Meksika128,632,004+1.3%
11Yaponiya126,323,715- 0,2%
12Filippin102,250,133+ 1,5%
13Efiopiya101,853,268+ 2,5%
14Vyetnam94,444,200+ 1,1%
15Misir93,383,574+2.2%
16Almaniya80,682,3510.0%
17İran80,043,146+1.2%

Əhali göstəriciləri

  • əhalinin sayı və onun artım dinamikası
  • demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin
  • yerləşmə, urbanizasiya, miqrasiya
  • yaş-cins tərkibi və ailə göstəriciləri
  • təhsil səviyyəsi
  • irq, dil, etnosdin tərkibi
  • ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri.
Dünya əhalisinin artım dinamikası (milyard nəfər), e.ə.10000-ci il — eramızın 2000-ci ili

Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.[2][3]

Həmçinin bax

Mənbə

İstinadlar