Alemanlar

Alemanlar — bir çox German qəbiləsinin bir araya gələrək qurduqları savaşçı topluluğun adı.

Qotlarslavyanlar tərəfindən Brandenburqdan qovulduqdan sonra III əsrin əvvəllərində Main çayı üzərində göründülər. Öncə Karakalla (213), sonra III əsr imperatorları, daha sonra da Valerius Constantius tərəfindən (301) Roma imperiyası torpaqlarından püskürdülüncə IV əsrin ortalarına qədər Reyn çayının sağ sahilində Main ile Konstanz gölü arasına yerləşib qaldılar. İşğal etdikləri yer Vürtemberq, Bade və Alman İsveçrəsini əhatə edirdi. V əsrin ortalarında burada bir krallıq qurdular. Sonraları Reyni keçərək Köln ilə Konstanz arasında Alsacedə yerləşməyə çalışdılar ancaq öncə Julianus (Strasbourg, 357) və Valentinianus, sonra da Attilanın Hun basqını sırasında Aetius tərəfindən (453) Reynin ötəsinə atıldılar. Cənubi-qərbdə burqundlar ilə şimal-qərbdə franklar ilə çarpışdılar. 496-cı ildə krallıqları franklar tərəfindən işğal edildi.

Qəbilə ittifaqının hökmdarları

  • Carloman 744–747
  • Drogo 747–748
  • Pepin the Short 748–768
  • I Karloman 768–771
  • Charles the Bald 829–840
  • Louis the German 843–864
  • Charles the Fat 864–880
  • Louis the Younger 880–882
  • Charles the Fat 882–888
  • Bernard 888–892

İstinadlar


Xarici keçidlər