Amazon Web Services

Amazon Web Services (AWS) — fiziki şəxslərə, şirkətlərə və hökumətlərə tələb üzrə bulud texnologiyalarıAPI təmin edən Amazonun törəmə şirkəti. Müştərilər tez-tez bunu avtomatik miqyaslama ilə birlikdə istifadə edir (bu müştəriyə yüksək istifadə zamanı daha çox hesablamadan istifadə etməyə imkan verir və trafik azaldıqda xərcləri də azaltmaq üçün miqyası azaldır). Bu veb xidmətlər AWS server fermaları vasitəsilə şəbəkə, hesablama, saxlama, aralıq proqram, IoT və digər emal qabiliyyəti ilə bağlı müxtəlif xidmətlər, həmçinin proqram təminatı alətləri təqdim edir. Bu müştəriləri cihaz və əməliyyat sistemlərini idarə etməkdən, miqyaslaşdırmaqdan və "yamaq"dan azad edir. Əsas xidmətlərdən biri istifadəçilərə REST API, CLI və ya AWS konsolu vasitəsilə internet üzərindən qarşılıqlı əlaqədə ola bilən və son dərəcə yüksək əlçatanlığa malik virtual kompüter klasterinə sahib olmağa imkan verən Amazon Elastic Compute Cloud (EC2)-dir. AWS-nin virtual kompüterləri real kompüter hissələrinin əksəriyyətini, o cümlədən emal üçün CPUGPU, RAM; sabit disk/SSD, əməliyyat sistemlərinin seçilməsi, şəbəkələşmə və veb-serverlər, verilənlər bazalarıCRM kimi əvvəlcədən yüklənmiş proqram təminatlarını təqlid edir.

Amazon Web Services
Loqonun şəkli
Ümumi məlumatlar
Sənayebulud hesablama
Təsis tariximart 2006
Baş qərargahın yeri
Struktur
Ana şirkətAmazon.com
aws.amazon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AWS xidmətləri müştərilərə bütün dünyada yerləşən AWS server fermaları şəbəkəsi vasitəsilə çatdırılır. Ödənişlər abunəçinin tələb etdiyi əlçatanlıq, artıqlıq, təhlükəsizlik və cihaz, əməliyyat sistemi, proqram təminatı və ya şəbəkə xüsusiyyətlərinin birləşməsinə ("İstifadə etdiyin qədər ödə" modeli kimi tanınır) əsaslanır. Abunəçilər bir virtual AWS kompüteri, xüsusi fiziki kompüter və ya hər ikisinin klasterləri üçün ödəniş edə bilərlər.[1] Amazon abunəçilər üçün seçilmiş təhlükəsizlik hissələri təmin edir (məsələn, məlumat mərkəzlərinin fiziki təhlükəsizliyi). Digər aspektlər isə abunəçinin məsuliyyətindədir (məsələn, hesabın idarə edilməsi, zəifliyin skan edilməsi, "yamaq"). AWS Şimali Amerikada yeddi yerdə, o cümlədən bir çox qlobal coğrafi regionlarda fəaliyyət göstərir.[2]

Amazon AWS-ni faktiki fiziki server ferması qurmaq yerinə daha tez və ucuz qiymətə böyük miqyaslı hesablama qabiliyyəti əldə etmək metodu olaraq satır.[3] Bütün xidmətlər istifadə əsasında hesablanır, lakin hər bir xidmət istifadəni müxtəlif yollarla ölçür. Synergy Group-a görə, 2021-ci ilin 4-cü rübündə AWS-nin bulud infrastrukturunda bazar payının 33%-dir, növbəti iki rəqib Microsoft AzureGoogle Cloud isə müvafiq olaraq 21% və 10% paya sahibdir.[4][5]

Həmçinin bax

  • Tim Brey
  • Ceyms Qoslinq
  • Bulud texnologiyalarının müqayisəsi
  • Fayl hostinq xidmətlərinin müqayisəsi

İstinadlar

Xarici keçidlər