Apple TV

Apple TV — "Apple Inc." tərəfindən hazırlanmış və bazara çıxarılan rəqəmsal media pleyer və mikrokonsol. Bu, video və audio kimi qəbul edilmiş media məlumatlarını televizora və ya xarici displeyə göndərən kiçik bir şəbəkə cihazıdır. Onun media xidmətlərinə axın mediası, "TV Everywhere" əsaslı xidmətlər, lokal media mənbələri, idman jurnalistikası və yayımları daxildir.

Apple TV
Loqonun şəkli
Tipikompüter platforması
TərtibatçıApple
Yayımlanma tarixi2007
Saytapple.com/tv/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci nəsil və daha sonrakı modellər yalnız HDMI vasitəsilə təkmilləşdirilmiş dəqiqlikli və ya yüksək dəqiqlikli geniş ekranlı televizora qoşulduqda işləyir. Dördüncü nəsil modeldən bəri "Apple TV" əvvəlcədən quraşdırılmış çoxlu proqramlar ilə tvOS-də işləyir. 2019-cu ilin noyabr ayında "Apple TV+" və "Apple TV" tətbiqini alakart (kartla ödənişli televiziya) kimi buraxmışdır.

"Apple TV" inteqrasiya edilmiş idarəetmədən məhrumdur və yalnız "Apple Remote", "Siri Remote", iOS cihazı və ya bəzi üçüncü tərəf infraqırmızı pultları vasitəsilə uzaqdan idarə oluna bilər.

Zəmin

1993-cü ildə "Apple" ev-əyləncə sənayesinə daxil olmaq üçün "Macintosh TV"ni satışa çıxarmışdır. Qurğunun 14 düymlük CRT ekranıTV tuner kartı var idi. Bu, kommersiya cəhətdən uğurlu alınmamışdı və 1994-cü ildə satışı dayandırılana qədər cəmi 10,000 ədəd satılmışdır.[1] Həmin il şirkət "Apple Interactive Television Box" hazırlanmışdır. Bu, "BT Group" və "Proximus Group" ilə əməkdaşlığın nəticəsində ərsəyə gətirilmişdi və heç vaxt ictimaiyyətə buraxılmamışdı.[1][2] "Apple TV"dən əvvəl "Apple"ın bu sahədə son böyük cəhdi 1990-cı illərdə "Apple Pippin" olmuşdu. Bu, ev oyun konsolu və şəbəkəyə qoşulmuş kompüter idi.[1][3]

Həmçinin bax

  • Rəqəmsal media pleyerlərinin müqayisəsi
  • Apple TV-nin uzaq 10 metrlik istifadəçi interfeysinə bənzər ön sıra tətbiqini quraşdıran Mac Mini

İstinadlar

Xarici keçidlər