Apuliya

Apuliyaİtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir. Ölkənin əsas kənd təsərrüfatı rayonlarından biridir. Zeytun və üzümçülük sahələri daha çox inkişaf etmişdir. Pambıqşəkər çuğunduru, tütün, paxlalı bitkilər, heyva, əncir, badam becərilir. Margerita-di-Savoyyada dəniz duz mədənləri var. Qarqano yarımadasında boksit, Foca rayonunda təbii qaz çıxarılır. Neft emalı, neft-kimya, kənd təsərrüfatı maşınqayırması, toxuculuq, tikiş, rezin, metallurgiya sənayesi müəssisələri var. Mühüm şəhərləri və portları: Bari, Taranto, Brindizi.[3]

Apuliya
Puglia
Bayraq[d]Gerb
Bayraq[d]Gerb

41°00′31″ şm. e. 16°30′46″ ş. u.


Ölkə
İnzibati mərkəzBari
Tarixi və coğrafiyası
Sahəsi
  • 19.365,8 ± 0,1 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.029.053 nəf. (2019)[2]
Rəqəmsal identifikatorlar
ISO koduIT-75
Rəsmi sayt
Apuliya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax

Apuliya qraflığı

Apuliya hersoqluğu

İstinad