Aqnostisizm

Tanrının varlığının bilinməsinin qeyri-müəyyən olduğunu irəli sürən görüş

Aqnostisizmtanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu və ya bu varlıqların mövcud olması ilə birgə mövcud olmamasının da sübut edilə bilmədiyini irəli sürən fəlsəfi görüş.[1][2][3]

İngilis bioloq Tomas Henri Hekslinin 1860-cı illərdə çəkilmiş şəkli. Heksli "aqnostisizm" terminini işlədən ilk şəxsdir.

Filosof Uliam Rou aqnostisizmi belə tərif edir, "aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür".

Ateizm və deizmdən fərqi

Aqnostisizm ateizm ilə eyni deyil. Ateizm tanrının var olmadığını və yaxud var ola bilməyəcəyini qəbul edir, lakin aqnostisizm tanrının var olub olmadığının bilinmədiyini və ya heç vaxt bilinməyəcəyini qəbul edir. Demoqrafik araşdırmalara görə isə ateizm və aqnostisizm digər bütün dinsiz fəlsəfələrlə eyni kateqoriyadadır. Bəzi mənbələr isə aqnostisizmi "neytrallıq" adlandırır. Tomas Heksli isə aqnostisizm haqqında demişdir:

Aqnostisizm inanc deyil. Amma bu mahiyyəti tək bir güclü təcrübədə olan üsuldur. Bu prinsipi şübhəsiz ki, səbəb kimi göstərmək olar. Amma nəticələr sübut edilmiş və yaxud edilə bilər deyiləcək qədər dəqiq göstərilməməlidir.

"Əslində bir ateistin düşüncəsi bir deistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür." Bertran Rassel , 1953

Növləri

Aqnostik deizm

Aqnostik deizm yaradıcının mövcud olmasını daha yüksək qəbul edən və yaradıcının varlığına inanan, amma yaradıcının mövcudluğunun sübut edilməsinin mümkün olmadığını qəbul edən fəlsəfi görüşdür. Deist biri yaradıcının varlığının beyin və müşahidə yoluyla başa düşülə biləcəyini deyər, amma aqnostik deist isə yaradıcının varlığının sübut edilməsinin heç bir yolu olmadığını, amma yaradıcının var olduğunu deyər.

Aqnostik ateizm

Aqnostik ateizm yaradıcının var olmadığını düşünən, amma yaradıcının yoxluğunun dəqiq sübut edilə bilməyəcəyini də deyən fəlsəfi görüşdür. Aqnostik atesit şəxs yaradıcının yoxluğuna dair tam dəqiq rəy bildirməz.

Zəif aqnostisizm

Zəif aqnostisizm hər hansısa yaradıcının varlığının və ya yoxluğunun hazırda sübut edilə bilmədiyini, amma bunun tam olaraq sübut edilə bilinməyəcəyini deyir.

Məşhur aqnostiklər

İstinadlar