Arşın mal alan (film, 1945)

"Arşın mal alan" — tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmışdır.[1] Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma MehrəliyevaRəhilə Mustafayeva ifa edirlər.

Arşın mal alan
Fayl:Arşın mal alan (film, 1945).jpg
Janrkomediya
məhəbbət
musiqili
RejissorlarRza Təhmasib
Nikolay Leşşenko
Əsərin müəllifiÜzeyir Hacıbəyov
Ssenari müəllifiSabit Rəhman
Baş rollardaRəşid Behbudov
Leyla Bədirbəyli
Ələkbər Hüseynzadə
İsmayıl Əfəndiyev
Münəvvər Kələntərli
Lütfəli Abdullayev
Fatma Mehrəliyeva
Rəhilə Mustafayeva
OperatorlarƏlisəttar Atakişiyev
Muxtar Dadaşov
BəstəkarÜzeyir Hacıbəyov
RəssamYuri Şvets
İstehsalçıBakı Kinostudiyası
İlk baxış tarixi1 oktyabr 1945
21 yanvar 1949, Finlandiya
29 iyul 1950, ABŞ
16 may 2006, Bakı (bərpa edilmiş versiyası — Azərbaycanca)
Filmin növütammetrajlı bədii film
Müddət89 dəq.
Büdcə5.807.000 ₽
ÖlkələrAzərbaycan Azərbaycan SSR
DillərRusca (1945)
Azərbaycanca (2006)
İl1945
Texniki məlumatlar10 hissə
2715 metr
Rəngağ-qara
IMDbID0037520
MükafatlarıSSRİ Dövlət mükafatı

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[2]

Məzmun

Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər (Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir…[3]

Film haqqında

  • Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.[4]
  • Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.[3]
  • Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966).[3]
  • Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir.[3][5]
  • Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş[6], 86 dilə tərcümə edilmişdir.
  • Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
  • Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, Ata Holdingin dəstəyi və "Peachline" şirkətinin təşkilatçılığı ilə bərpa olunub və rənglənib.
  • Bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filmi 19 sentyabr 2015-ci ildə Hollivudda nümayiş olunub. Filmin nümayişi Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, "Arşın mal alan" filminin isə 70 illiyinə həsr olunub. Filmi 650 nəfərə yaxın tamaşaçı izləyib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə "Arşın mal alan" filmi Hollivudun məşhur "Ricardo Montalban" kinoteatrında nümayiş olunub.[7] 
  • 2018-ci ilin martında film "Xarici ölkələrin filmləri" həftəsi çərçivəsində Parisin "Balzak" (fr. Le Balzac) kinoteatrında nümayiş olunub.[8]

Mükafat

1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyova, rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə "Stalin" mükafatı (2-ci dərəcə) verilmişdir.[3]

Filmin üzərində işləyənlər

Rollarda

İstinadlar

Mənbə

  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
  • Г.В. Александров. Эпоха и кино. М, 1983, стп. 270.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17; 31; 418.
  • Leyla Bədirbəyli. Ömrümün nağılları. Bakı, 1998, səh. 33.
  • Nailə Rəhimova. ""Arşın mal alan" filminin uğurlu həyatı". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2000.- № 4.- səh. 89–92.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80; 100–107.
  • Həsənova, T. "Üzeyir Hacıbəyov və Azərbaycan kinosu". //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
  • Aydın Kazımzadə. "Kinosalnamə" ["Arşın mal alan" filmi haqqında] //Mədəniyyət TV.- 2016.- 28 may.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1945-ci ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı