Avropa İqtisadi Birliyi

Avropa İqtisadi Birliyi (qısaca: AİB) — Təşkilata üzv olan ölkələr arasında iqtisadi inteqrasiyanı yaratmaq üçün qurulmuş regional təşkilat.

Avropa İqtisadi Birliyi
Yaranma tarixi1 yanvar 1958[1]
Ləğvolma tarixi1993
Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1957-ci ildə Roma Müqaviləsi və altı ölkənin iştirakı ilə (Almaniya, İtaliya, Hollandiya, Belçika, LüksemburqFransa) Avropa İqtisadi Birliyi və yenə eyni ildə Avropa Atom Enerji Topluluğu quruldu. Bu üç topluluq qanunvericilik nöqtəsindən ayrı, siyasi cəhətdən isə vahid bir təşkilatdır. Üç topluluğun da ümumi iqtisadi hədəfi, iqtisadi fəaliyyətlərin müntəzəm inkişafı, daimi və nizamlı iqtisadi böyümə, yaşayış standartının artırılması, yüksək bir məşğulluq səviyyəsi, iqtisadi və valyuta istikrarı idi.[2] 1960-cı illərin sonlarında Avropa İqtisadi Birliyi çərçivəsində vahid Gömrük İttifaqı yaradılmış, gömrük rüsumları ləğv olunmuş, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv olunmuş, üçüncü tərəfə qarşı ümumi gömrük tarifləri müəyyənləşdirilmişdir. Avropa İqtisadi Birliyinin uğuru Böyük Britaniya, Danimarkaİrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı. 1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniyaPortuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Avropa İqtisadi Birliyində 1992-ci ilədək vahid daxili bazarın formalaşdırılması prosesi başa çatdı. Avropa İqtisadi Birliyinin məqsədi, əvvəlcə Gömrük İttifaqı və müştərək bazar, daha sonra da bir çox milli siyasətin koordinasiyası və müştərək siyasətlər ilə iqtisadi birliyə nail olmaqdır. 1993-cü ildə Maastrixt sazişi qüvvəyə minmiş və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılmışdır.

Üzv Dövlətlər

BayraqDövlətÜzvlük TarixiDilValyutaƏhalisi
(1990)[3]
Belçika25 mart 1957niderland, fransızalmanBelçika frankı[4]10.016.000
Böyük Britaniya1 yanvar 1973ingilisFunt sterlinq57.681.000
Yunanıstan1 yanvar 1981yunanYunan dirhəmi10.120.000
Danimarka1 yanvar 1973danimarkaDanimarka kronu5.146.500
Qərbi Almaniya[5]25 mart 1957almanAlman markası63.254.000[6]
İrlandiya1 yanvar 1973irlandingilisİrlandiya funtu3.521.000
İspaniya1 yanvar 1986ıspan[7]ispan pezeti38.993.800
İtaliya25 mart 1957italyanİtaliya lirəsi56.762.700
Lüksemburq25 mart 1957fransız, almanLüksemburqLüksemburq frankı384.400
Hollandiya25 mart 1957niderlandNiderland quldeni14.892.300
Portuqaliya1 yanvar 1986portuqalPortuqal eskudosu9.862.500
Fransa25 mart 1957fransızFransız frankı56.718.000

İstinadlar

Mənbə

  • Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.22